04:25 25 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:50 25.09.2021

Qürurlu və mətin\


01:45 25.09.2021

Karl Benzin benzinli...


01:45 25.09.2021

Buxardan hidrogenədək


01:41 25.09.2021

Sidneydən Londona 4 günə


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Nəticələr nə məni, nə də digər idmançıları qane edir”

ANA SƏHİFƏ / İDMAN
00:48 31.07.2021

 

“Nəticə heç birimizi qane etmir. 7 kişi idmançısı ilə yarışa gəlmişdik. 5 ildir bu yolu gedir və hazırlaşırdıq. Nə məni, nə də digər idmançıları nəticələr qane edir. Bunun bir neçə səbəbi ola bilər. Cavan və təcrübəsiz cüdoçularımız var. Bəlkə ona görə uduzublar”.

Bu fikirəri Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev  “Tokio-2020”də çıxışları barədə danışarkən deyib. O, həmçinin 90 kq çəki dərəcəsində mübarizə aparan idmançı Rüstəm Orucovla (73 kq) birlikdə püşkatmada bəxtlərinin gətirmədiyini bildirib: “Həm mənim, həm də onun çəkisində 2-3 idmançı var ki, onlara qarşı çətinlik çəkirik. Elə oldu ki, onlar bizim qrupumuza düşdülər. Hazırlığımız yaxşı keçmişdi və biz “Tokio-2020”yə yüksək ruhla gəlmişdik. Bəxtsizlik oldu. Konkret səbəb deyə bilmirəm”.

M.Mehdiyev psixoloji cəhətdən hazırlıqlı olduqlarını da söyləyib: “Hamımız məsuliyəti bilirdik. Neçə ildir ki, bu yola hazırlaşırdıq. 5 il bu yolda əziyyət çəkmişik. Hər idmançının niyyəti Olimpiadadan medalla qayıtmaq və bayrağımızı dalğalandırmaq idi. Hazırlığımız yaxşı keçib. 3-4 idmançı var ki, onlarla güləşəndə çətinlik çəkirəm. Onun da biri rusiyalı cüdoçu idi və ikinci görüşdə mənə rəqib oldu. Məşqlərdə hazırlaşmışdım. Amma məşqlə yarış tamam ayrıdır. Özümü də yaxşı hiss edirdim və formada idim. Tatamiyə çıxdım, lakin alınmadı”.

Cüdoçu pandemiyanın da nəticələrə təsir etdiyini sözlərinə əlavə edib: “Neçə ay zallar bağlı oldu. Bu bizə çox pis təsir etdi. Zal tapa və məşq edə bilmirdik. Yarışdan əvvəl yığma üzvləri və mən koronavirusa yoluxmuşduq. O səbəbdən Avropa çempionatını buraxmışam. İki ay müalicə almışam. Dünya çempionatında iştirak etmək istəsəm də, sonda qatılmadım”.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM