17 Iyul 2016 12:07
738
Oxucu məktubları
A- A+

Nənəmdən öyrəndiklərimi nəvələrimə öyrədirəm


Uşaq olanda böyüklər bizə çox şeyi öyrədirdilər. Qızlar 10-15 yaşında plov dəmləməyi, qonaq yola salmağı bacarardılar.  Atalar oğlanlarına ev işləri ilə yanaşı, çöldə-bayırda  özlərini aparmaq qaydalarını da başa salardılar.

Artıq yaşımın 60-ı adlamasına baxmayaraq, yaddaşımdan süzülüb gələn nə varsa, hamısını yaşatmağa çalışıram. Nəvələrimlə bir yerdə oturub corabdan tutmuş xalçaya qədər toxuma sənətinin sirlərini onlara öyrədirəm.  Ən çox sevdiyim işlərdən biri sap əyirməkdir. Heç vaxt bacımla bir yerdə sap əyirməkdən doymuram. Nənəmdən öyrəndiyim bu sənəti qızlarım və nəvələrim də mənimsəyiblər. Bizim nəsildə hər bir qadın bunları bilir. Axı bu sənət növləri unudulmamalıdır. Onu bilənlər yaşatmayıb, kim yaşadacaq? Digər tərəfdən, həmin saplardan toxuduğumuz xalça və palazları satır, ailəmizə  qazanc gətiririk.

 

Fərqanə FƏRƏCOVA,

Siyəzən rayonu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video