12 Sentyabr 2021 00:26
1043
Oxucu məktubları
A- A+

Nəhayət, bizim də kitab mağazamız var

 

Çoxumuzun yaxşı yadındadır ki, kitaba görə növbəyə dayanardıq. Bir çox kitablar kitabxanada aylarla rəf üzü görmürdü. Yadımdadır ki, İlyas Əfəndiyev, Əli Kərim, Mircəlal Paşayev və İsa Hüseynovun əsərləri oxucudan qayıdan kimi başqası tərəfindən götürülərdi. Çoxu həmin əsərlərin qəhrəmanlarına oxşamağa çalışar, onları özünə ideal seçərdi.

Bir də kimin şəxsi kitabxanası vardısa, o, varlı adam sayılardı. Qubada bir müəllim vardı. Əfsus ki, adını unutmuşam. Onun çoxlu kitabı vardı. Ölümündən əvvəl soruşanda ki, kitabları neyləyək, demişdi ki, onları qoruyun, gələcəkdə gərəyiniz olacaq. Ötən əsrin 70-ci illərində ali məktəb tələbələrinin çoxu onun kitabları ilə imtahanlara hazırlaşardı. Hətta müxtəlif şəhərlərin sakinləri heç harada əldə edə bilmədikləri kitabları həmin şəxsin kitabxanasında tapardılar.

Aqillər kitab haqqında həmişə müdrik fikirlər söyləmişlər. Milli mətbuatımızın əsasını qoymuş Həsən bəy Zərdabi demişdir: “Yaxşı kitab çox qiymətli xəzinədir”. Amma bu sərvət hazırda “elektron lövhə”yə dəyişdirilib. Yoxsa kitab mağazalarını marketlər əvəzləməzdi ki...

Yaxın günlərəcən Qubada da kitab mağazası yox idi. Nəhayət, yazıçı, iş adamı Əlibala Məhərrəmzadənin təşəbbüsü və gərgin zəhməti nəticəsində “Azərkitab”ın Quba filialı fəaliyyətə başlayıb. Hazırda mağazada yerli və xarici ölkə yazıçılarının, klassiklərinin müxtəlif adda 400-dən çox kitabı satılır.

Ruhun ehtiyacı heç bir azuqə ilə ölçülməz. Onun qidası elm, mədəniyyət və əxlaqdır. Bütün bunlar isə kitabda var.

 

Səmayə QARAYEVA,

Quba

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video