29 Sentyabr 2011 07:09
391
İQTİSADİYYAT
A- A+

Neftçilər Silahlı Qüvvələrə Yardım Fonduna maddi dəstək göstərirlər

 

ARDNŞ ölkənin ictimai həyatında daim mühüm rol oynamışdır. Müxtəlif dövlət proqramlarının reallaşdırılması çərçivəsində iri maliyyə tutumlu sosial və ekoloji layihələr həyata keçirən şirkət Bakıda və respublikanın ayrı-ayrı regionlarında təhsilin, səhiyyənin, mədəniyyət və idmanın inkişafına dəyərli töhfələr verir.

Hərbi təcavüz nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız da diqqətdən kənarda qalmır, onlara maddi və mənəvi dəstək göstərilir, yardımlar edilir. Müharibə şəraitində yaşayan ölkəmizdə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi neftçiləri daim düşündürən məsələlərdəndir. Təsadüfi deyil ki, ARDNŞ Silahlı Qüvvələrə Yardım Fondunun vəsaitlərinin artırılması məqsədi ilə təşəbbüs irəli sürmüş və bu təşəbbüs şirkətin çoxminli əmək kollektivləri tərəfindən dəstəklənmişdir. İdarə və müəssisələrdə bununla bağlı keçirilmiş müzakirələr zamanı Milli Ordunun inkişafı naminə yaradılmış fonda yardım göstərilməsi hər bir azərbaycanlının vətəndaşlıq borcu kimi dəyərləndirilmişdir.

2010-cu ilin may ayından etibarən bu nəcib təşəbbüsə qoşulan neftçilər cari ilin sentyabr ayının 1-nə kimi Silahlı Qüvvələrin Yardım Fonduna 6 milyon 285 min manatdan artıq (o cümlədən 2010-cu ildə 2 milyon 705 min 535 manat, 2011-ci ildə 3 milyon 579 min 674 manatdan çox) vəsait köçürmüşlər. Qeyd edək ki, bu vəsait tam könüllülük əsasında ARDNŞ-in hər bir işçisinin aylıq vəzifə maaşının 2 faizi həcmində tutulur.

Xatırladaq ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu  Prezidentin 17 avqust 2002-ci il tarixli fərmanı ilə yaradılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video