28 Iyul 2021 23:24
587
İDMAN
A- A+

"Neftçi" mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək

 

Bakının “Neftçi” futbol klubu UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.

AZƏRTAC xəbər verir ki, iyulun 28-də Bakı təmsilçisi turnirin ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Yunanıstanın “Olimpiakos” komandasını qəbul edib.

“Bakcell Arena”da keçirilən matçda "Neftçi"nin start heyətində Aqil Məmmədov, Mamadu Mboc, Voislav Stankoviç, Emin Mahmudov, Sezar Meza Kolli, Harramiz Soareş, Romen Bask, Yusuf Laval, Ömər Buludov. Samir Buqrin və Mamadu Kane yer alıblar.

Yunanıstan təmsilçisinin heyətində isə Konstantinos Tsolakis, Ruben Semedu, Ahmed Hassan, Pyer Kunde, Giorqos Masuras, Husseynu Ba, Svetozar Markoviç, Kenni Lala, Matyö Valbuena, Pape Sisse və Vasilis Surlis meydana çıxıblar.

İspaniyalı baş hakim Rikardo de Burqosun idarə etdiyi oyun "Olimpiakos"un minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Belə ki, matçın 15-ci dəqiqəsində Giorqos Masuras fərqlənib.

Yunanıstanda keçirilən ilk görüşdə də “Neftçi” rəqibinə 0:1 hesabı ilə uduzub. İki oyunun nəticəsinə görə, Yunanıstan klubu Çempionlar Liqasının növbəti mərhələsinə adlayıb. "Neftçi" isə mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək. Bakı klubunun turnirin üçüncü təsnifat mərhələsində rəqibi HİK (Finlandiya) olacaq. Flaqman ilk oyunu avqustun 5-də evdə, cavab matçını isə bir həftə sonra səfərdə keçirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video