14 Avqust 2021 00:43
903
İQTİSADİYYAT
A- A+

Neftçalanın kəndlərinin su təchizatının yaxşılaşdırılması məqsədilə layihə həyata keçirilir

 

Neftçala rayonunun içməli sudan əziyyət çəkən kənd və qəsəbələrinin su təchizatının yaxşılaşdırılması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni layihə həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun icra olunan layihə Neftçala rayonunun 20 min nəfər sakinin yaşadığı 12 yaşayış məntəqəsini (Mirzəqurbanlı, Tatarməhlə, Abbasalılı, Mirqurbanlı, Həsənabad, Qoltuq, Uzunbabalı, Kürqarabucaq, Birinci Qaralı, İkinci Qaralı, Qədimkənd, Yuxarı Qaramanlı kəndləri) əhatə edir.

İndiyədək bu kəndlərin içməli su təchizatı modul tipli sutəmizləyici qurğular hesabına aparılıb. Kür çayında suyun səviyyəsinin azalması və keyfiyyətinin aşağı düşməsi səbəbindən ilin isti dövrlərində həmin qurğuları xam su ilə təmin etmək mümkün olmurdu. 2020-ci ilin noyabrında Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə çəkilmiş magistral xəttin istismara verilməsi rayon mərkəzi ilə yanaşı, bəzi kəndlərin də içməli su təchizatı üçün imkanlar yaradıb.

 Magistral kəmərin marşrutu boyu yerləşən Uzunbabalı, Mirzəqurbanlı, Tatarməhlə və Abbasalılı kəndlərinə içməli su magistraldan veriləcək. Bu məqsədlə kəndlərdəki modul tipli təmizləyici qurğulara qədər 3,8 km daşıyıcı su kəmərləri tikilir. Artıq Uzunbabalı kəndində işlər yekunlaşıb və kəndə suyun verilməsi təmin edilib.

Rayonun Kürqarabucaq, Birinci Qaralı, İkinci Qaralı, Qədimkənd, Yuxarı Qaramanlı kəndlərini içməli su ilə təmin etmək məqsədilə 450 mm diametrli polietilen borularla 11 km uzunluğunda magistral su kəmərinin 6 km-lik hissəsi inşa edilib.

Neftçala rayonunun Mirqurbanlı və Həsənabad kəndlərinin, həmçinin Qoltuq məhəlləsinin su təchizatı isə Neftçala şəhərinin şəbəkəsi hesabına aparılacaq.

Ümumilikdə Neftçala rayonunun 12 kəndində həyata keçirilən layihələr çərçivəsində 20 min nəfər sakinin su təchizatı yaxşılaşdırılacaq. Gələcəkdə Neftçala rayonunun kəndlərinə verilən içməli suyun həcminin artırılması məqsədilə Salyan şəhərindən Neftçalaya ikinci magistral kəmərin inşası nəzərdə tutulur. Bu kəmər hesabına daha 8 kəndin içməli su təchizatı yaxşılaşdırılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin xüsusi tapşırıqlarına uyğun olaraq Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 km uzunluğunda magistral kəmər və Salyan şəhəri yaxınlığında həcmi 7500 kubmetr olan su anbarı tikilib. 2020-ci ilin noyabr ayında magistral kəmərdən Neftçala şəhərinə suyun verilməsi təmin edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video