29 Avqust 2021 00:35
849
İQTİSADİYYAT
A- A+

Neftçala aydınlığa qovuşur

 

Rayona su çəkilişi davam edir

 

Təbiətin işini heç kəs tamam-kamal bilmir. Təxminən 15-20 il əvvəl Kür çayının aşıb-daşaraq məcrasına sığmadığı, sahilboyu şəhər və kəndləri, evləri, bağ-bağatları, əkin sahələrini sel sularının necə çənginə aldığı, təbii fəlakətə qarşı dövlət səviyyəsində təxirəsalınmaz tədbirlər görüldüyü bu gün də adamların yaxşı yadındadır.

Artıq 3-4 ildir ki, bu vəziyyət tərsinə dövran edir. Kürün mənbəyində yağıntının az olması və qlobal istiləşmə nəticəsində xüsusilə yay aylarında çayda suyun səviyyəsi minimum həddə enmişdir. Nəticədə Neftçalada dənizin suyu çaya axaraq qonşu Salyan rayonunun sərhədinə qədər gəlib çatmışdır. Yaranan vəziyyət Neftçala rayonu əhalisi üçün problem yaratmışdır. Ona görə də əlaqədar təşkilatların texnikası, canlı qüvvəsi problemin həllinə cəlb olunmuşdur. Bakı, Sumqayıt şəhərlərindən, habelə qonşu rayonlardan köməyə gələn texnikanın köməyi ilə yaranan gərginlik qismən aradan qaldırılmışdır.

Hazırda Prezident İlham Əliyevin sərəncamı ilə Neftçalaya yeni su xətti çəkilir. “Azərsu” ASC-nin sifarişi ilə “Azəraqrartikinti” ASC-nin icra etdiyi layihənin vaxtında tamamlanması üçün bütün qüvvələr səfərbər olunub. Layihənin rəhbəri Tahir Məmmədov deyir ki, keçən il noyabr ayının 1-də işlərin ən mühüm hissəsi başa çatdırılıb. Salyan rayonunun Babazanan yüksəkliyində 7 min 500 kubmetrlik su anbarı inşa edilərək mənbəyi Şirvan-Muğan su kəməri olan xətt vasitəsilə su ilə doldurulub. Buradan diametri 560 millimetrlik qalındivarlı polietilen borularla uzunluğu 40 kilometr olan magistral xətt çəkilib. Paralel olaraq boruları keçirmək üçün Bankə qəsəbəsində Kür çayının Şirvan tayı ilə Muğan tayını birləşdirən 262 metrlik körpü tikilib. Yeni xətt Neftçala şəhərində keçən əsrin 70-ci illərində çəkilmiş su kəmərinə qoşulub.

Lakin köhnə xəttin dəmir boruları korroziyaya uğradığından təzyiqə davam gətirmir və bu səbəbdən də şəhər əhalisinin yalnız 30-40 faizi qapılarına qədər gələn sudan istifadə edə bilir. Sakinlərin əksəriyyəti isə şəhərin müxtəlif yerlərində qoyulan çənlərdən su götürürlər. Çox güman ki, yaxın gələcəkdə Neftçala şəhərinin su təminatının daha da yaxşılaşdırılması üçün şəhərdaxili xətlər də dəyişdiriləcək. Hazırda isə şəhərətrafı yaşayış məntəqələrinə, habelə digər qəsəbə və kəndlərə su çəkilişi davam edir.

Layihənin icrasında 150 nəfərdən çox işçi çalışır. Tikintiyə müxtəlif adda 60 maşın və mexanizm cəlb olunub.

 

Seyran CAVADOV,

 “Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video