Nazirlər Kabineti avqust ayında daha bir neçə yeni qərar qəbul etmişdir
Nazirlər Kabineti avqust ayında daha bir neçə qərar qəbul etmişdir.
"Atçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli fərmanını rəhbər tutaraq Nazirlər Kabineti "Cıdır-şans (totalizator) oyunlarının təşkili və keçirilməsi Qaydaları"nın təsdiq edilməsi və "Atçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə" özünün 2008-ci il 23 aprel tarixli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul etmişdir.
Qərar avqustun 12-dən qüvvəyə minmişdir.
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 11 fevral tarixli 66-IVQD nömrəli qanununun tətbiq edilməsi və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında" özünün 1999-cu il 6 aprel tarixli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul etmişdir.
Qərar avqustun 16-dan qüvvəyə minmişdir.
Konstitusiyanın 119-cu maddəsinin səkkizinci abzasına uyğun olaraq Nazirlər Kabineti "Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında" özünün 2002-ci il 5 iyun tarixli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul etmişdir.
Qərar avqustun 17-dən qüvvəyə minmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"nin 16-cı bəndinə uyğun olaraq və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin təklifini nəzərə alaraq Nazirlər Kabineti "Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında" özünün 2010-cu il 7 iyun tarixli qərarında dəyişiklik edilməsi barədə qərar qəbul etmişdir.
Qərar avqustun 19-dan qüvvəyə minmişdir.
"Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və "Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bəzi məsələləri haqqında" 2005-ci il 26 oktyabr tarixli sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli fərmanının 13-cü və 19-cu bəndlərinə əsasən Nazirlər Kabineti "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə" özünün 1998-ci il 27 aprel tarixli qərarında dəyişiklik edilməsi barədə qərar qəbul etmişdir.
Qərar avqustun 23-dən qüvvəyə minmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, bu qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda tanış olmaq mümkündür.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək
29 Mart
İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər
29 Mart
Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib...
29 Mart
ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib
29 Mart
Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb
29 Mart
Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb
29 Mart
Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb
29 Mart
“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib
29 Mart
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
29 Mart
Xankəndidə silah-sursat aşkarlanıb
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!