27 Avqust 2021 13:01
648
İQTİSADİYYAT
A- A+

Nazir İnam Kərimov Saatlı və Sabirabadda açıq sahədə pambıqçı fermerlərlə görüşüb, əkin sahələrinə baxış keçirib

 

Azərbaycanda pambıq yığımı mövsümünə hazırlıq gedir. Sahələrdə defolyasiya tədbirlərinə başlanıb, rayonlar üzrə pambıqyığan kombayn, qoşqu və traktorların bölgüsü həyata keçirilir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, kənd təsərrüfatı naziri İnam Kərimov məhsul yığımı ərəfəsində Saatlı və Sabirabad rayonlarında pambıqçı fermerlərlə görüşüb. Açıq səma altında keçirilən görüşlərdə pambıqçılığın inkişafı, dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi istiqamətində atılan addımlar müzakirə olunub. Bildirilib ki, fermerlərin maddi rifah halının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Pambıqçılığın inkişafı istiqamətində dövlət dəstəyi tədbirləri gücləndirilir, bu sahəyə marağın artması fermerlərin gəlirlərinin çoxalmasına və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir. Həyata keçirilən dövlət dəstəyi mexanizmləri nəticəsində pambıqçılıq kənd təsərrüfatının ən əməktutumlu və fermerlərə ən çox gəlir gətirən sahəsinə çevrilib.

Bu il Saatlıda 14295 hektar, Sabirabadda 9260 hektar sahədə pambıq əkilib. Ölkə üzrə pambıq əkini sahələrinin 25 faizə yaxını bu iki rayonun payına düşür. Ötən il texnoloji xəritəyə uyğun qulluq tədbirlərinin aparılması, yeni əkin üsullarından istifadə sayəsində bu il də hər iki rayonda pambıqçılıqda yüksək məhsuldarlıq gözlənilir.

Görüşlərdə sahələrə aqrotexniki qulluq tədbirləri, yeni əkin üsullarının məhsuldarlığa müsbət təsiri, düzgün toxum seçimi, suvarma məsələləri, müasir suvarma sistemlərindən istifadə imkanları, xəstəlik və zərərvericilərə qarşı mübarizədə tətbiq olunan dərmanların keyfiyyəti, bitki mühafizə tədbirləri, yığım ərəfəsində texnika bölgüsü, tədarük məntəqələrinin məhsul qəbuluna hazırlığı və digər mövzularda fikir mübadiləsi aparılıb. Fermerlərin səsləndirdikləri təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.

Nazirliyin nümayəndə heyəti hər iki rayonda təkrar qarğıdalı əkini sahələrinə, heyvandarlıq müəssisələrinə, intensiv bağlara baxış keçirib, fermerlərlə söhbətlər aparıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video