10:07 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


01:58 26.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Nazir: Bu gün Üzeyir bəyin və Şuşadan olan digər görkəmli mədəniyyət və incəsənət xadimlərinin ruhları şaddır 
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
13:17 18.09.2021

 

Çox sevinirik ki, artıq bu gün musiqi gününü qeyd edəndə doğma Qarabağımız, Şuşamız əlimizdədir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz bu sevinci bizə yaşadıb. Biz Qarabağa, Şuşaya qovuşmuşuq və buraya ruhumuzu, mədəniyyətimizi qaytarmalıyıq. Bu gün bu festivalı qalib əhval-ruhiyyədə Şuşada da qeyd edirik. Beləliklə, Üzeyir bəyin və digər Şuşadan olan görkəmli mədəniyyət və incəsənət xadimlərinin də ruhları şaddır.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov bildirib.

“Azərbaycan xalqı buna sevinir, Üzeyir Hacıbəylinin ruhu şaddır. Bundan sonra festivallarımızı daha çox Şuşada keçirəcəyik. Beləliklə də Şuşaya onun ruhunu, mədəniyyətini qaytaracağıq. Gələcəkdə mədəniyyət tədbirlərimizi də Şuşada keçirməklə buranın mədəniyyət paytaxtı, mədəniyyətimizin beşiyi, Qafqazın konservatoriyası olmasını bir daha dünyaya nümayiş etdirəcəyik”, - deyə nazir qeyd edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM