09:29 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


01:58 26.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Naxçıvan Şəhər İcra Hakimiyyətində medalların təqdimat mərasimi olub
ANA SƏHİFƏ / SİYASƏT
21:07 23.09.2021

 

Naxçıvan Şəhər İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş, şəhid olmuş və xəsarət almış qəhrəmanlarımıza medal və vəsiqələrinin təqdim edilməsi ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov bu gün ölkəmizdə və onun ayrılmaz hissəsi olan muxtar respublikamızda dövlətimizin hər bir sahənin inkişafına göstərdiyi hərtərəfli diqqət və qayğıdan danışıb. Bildirib ki, bu qayğının başlıca istiqamətini bizim milli ordumuz, əsgərlərimiz təşkil edir. Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər muxtar respublikada da uğurla reallaşdırılır.

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun müntəzəm olaraq sərhəd bölgələrində, hərbi hissələrdə olması, xidmətin vəziyyəti, əsgərlərin həyat şəraiti ilə maraqlanması şəxsi heyətə mənəvi-psixoloji dəstək verməklə, onlarda vətənpərvərlik hisslərini daha da gücləndirib”, - deyən Mirsənani Seyidov qeyd edib ki, diyarımızın etibarlı müdafiəsinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, hərbçi ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılır.

Diqqətə çatdırılıb ki, dövlətimizin ordu quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri tarixi ədaləti bərpa edərək torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan Ordusunun ən böyük gücü isə Vətənin mərd oğulları, cəsur qızları, vətənpərvər övladlarıdır. Bu mənada, Vətən uğrunda qəhrəmanlıqla vuruşaraq şəhid olan və döyüşdən qəhrəman kimi ayrılan, bizim hər birimizə qalib ölkənin vətəndaşı kimi qürur bəxş edən cəsur, igid, qorxmaz Azərbaycan oğullarına xalqımız daim minnətdar olacaqdır.

Bildirilib ki, Vətən müharibəsində böyük şücaət və qəhrəmanlıq göstərmiş mayor Həsənov Sadiq Əli oğlu, baş leytenant Zeynalov Elnur Elsevər oğlu, baş leytenant Əlizadə Fuad Nazim oğlu, baş leytenant Niftalıyev Arif Hüseyn oğlu, əsgər Məmmədzadə Pərviz Zahid oğlu, əsgər Məmmədov Araz Qəhrəman oğlu, əsgər Eyvazov İslam Həsən oğlu, əsgər İbrahimov İbrahim Etibar oğlu, əsgər Süleymanov Mövləddin Mehman oğlu, əsgər Əliyev Samir Məmməd oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif ediliblər.

Mirsənani Seyidov vurğulayıb ki, bizim qələbəmiz Qarabağı heç vaxt görməyən 19 yaşlı əsgərin torpaq sevgisi, Birinci Qarabağ müharibəsində silahdaşlarını itirən zabitin qisas yanğısı, xalqımızın azadlıq arzusu idi. Bu arzunu çin etmək uğrunda qan töküb, can verən igid oğullarımızın hər birini minnətdarlıqla yad edirik. Şəhid olanlara Allahdan rəhmət diləyirik.

Sonra Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi, mayor Anar Aqilov çıxış edərək bildirib ki, düşmənin 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının rəhbərliyi altında Vətən müharibəsinə başlayıb. Nəticədə, işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, zabit və əsgərlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunub. Şəhidlərimizin, qanlı döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin igidliyini və fədakarlığını heç zaman unutmayacağıq.

Sonda Vətən müharibəsində şəhid olmuş, iştirak etmiş və xəsarət almış şəxslərin valideynlərinə və özlərinə medallar təqdim edilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM