22 Oktyabr 2021 16:33
765
SİYASƏT
A- A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İndoneziyanın ölkəmizdəki səfiri ilə görüşüb

 

Oktyabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri ikitərəfli əlaqələrdən bəhs edib, 2018-ci ildə İndoneziya nümayəndə heyətinin Naxçıvan İslam Mədəniyyətinin Paytaxt tədbirlərində iştirakını, eləcə də İndoneziya səfirlərinin Naxçıvan Muxtar Respublikasına səfərlərini xatırladıb. İkinci Qarabağ müharibəsində İndoneziyanın üzv olduğu İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayan Ali Məclisin Sədri keçirilən səmərəli görüşlərin bundan sonra da əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəyini diqqətə çatdırıb.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edən Hildi Hamid muxtar respublikada olmaqdan şərəf duyduğunu və Naxçıvanın hərtərəfli inkişaf etdiyini bildirib, bunu ulu öndər Heydər Əliyev siyasətinin uğurlu davamı kimi dəyərləndirib. Səfir muxtar respublika ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiklərini və burada görülən işləri təcrübə mübadiləsi aparılmaqla İndoneziyada tətbiq etmək istədiklərini qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video