11 Dekabr 2019 16:18
8286
CƏMİYYƏT
A- A+

Narın bilmədiyimiz faydaları


Nar xalq təbabətində geniş istifadə olunan meyvələrdən biridir. Mütəxəssislərin qənaətinə görə, bir ədəd narın tərkibində insana lazım olan gündəlik vitaminin 40 faizi var. Yunan mifologiyasında nar tanrının qidası sayılır. Onun təsviri Misir piramidalarında tapılıb. "Cənnətdən gələn meyvə” ifadəsi də məhz bu anlamda işlənir.

Azərbaycan Tibb Universitetinin məzunu, peşəkar əczaçı Fəxrəddin İsayev AZƏRTAC-ın bölgə müxbirinə narın bir çox vitamin və minerallarla, bədənin normal fəaliyyət göstərməsi üçün lazım olan elementlərə zəngin olduğunu bildirib: "Narın dörd mühüm vitaminlə zəngindir - C, P, B6 və B12. Meyvə və tərəvəzlər arasında vitamin C-nin ən çox olduğu nar immun sisteminə yaxşı təsir göstərir. Vitamin P qan damarlarını, B6 sinir sistemini gücləndirir, B12 hemopoezi yaxşılaşdırır. Amma narın faydası bununla qurtarmır. Qeyd edim ki, narın tərkibində çoxlu turşu lif və tanin maddəsi də var. Narın tərkibində olan maddələr vərəm, dizenteriya və bağırsaq çöplərinə qarşı faydalıdır və dezinfeksiyaedicidir. Büzücü xüsusiyyətə malik olan və ishal ilə mübarizə aparan tanini xüsusi qeyd etmək lazımdır”.

F.İsayevin sözlərinə görə, nar damar divarlarını, sinir sistemi və qan dövranını gücləndirir. Həkimlər yaşlılara və cərrahiyyə əməliyyatına məruz qalanlara bu məqamlara diqqət yetirməyi məsləhət görürlər. Soyuqdəymənin, tiroid vəzinin, kardioloji xəstəliklərin müalicəsində və qarşısının alınmasında da narın faydası böyükdür. Ateroskleroz, qansızlıq və bədəni taqətdən düşmüş xəstələrin müalicəsində nardan istifadənin çox böyük faydası var. Narda olan vitaminlər və mikroelementlər bu cür xəstələrin daha tez sağalmasına kömək edir. Əgər nardan müntəzəm istifadə olunsa, bu, hipertaniyalı xəstələrdə arterial təzyiqin azalmasına müsbət təsir göstərir. Orqanizmə nar ilə daxil olan təbii amin turşuları patoloji hüceyrələrlə mübarizə aparır və mənfi proseslərin nizamlanmasına kömək edir. Bu Şərq meyvəsindən müntəzəm istifadə mədə xərçənginin inkişafına mane olur. Nar bronxial astma və anemiya xəstələrinə də faydalıdır. Narın dənəsi və şirəsi bədənin radiasiyaya qarşı müqavimətinin artmasına da kömək edir.

"Narın faydalarını saymaqla qurtarmaq olmaz, tərkibi vitaminlərlə çox zəngindir. Bu meyvə praktiki olaraq bütün xəstəliklərə qarşı mübarizədə müsbət təsirə malikdir”, – deyə mütəxəssis bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video