26 Avqust 2021 01:27
1552
Mədəniyyət
A- A+

Nardaran qalası

 

Bakıdan təxminən 30 km məsafədə yerləşən Abşeronun ən səfalı və qədim kəndlərindən biri olan Nardaranda, yüksək təpəcikdə, kənd qəbiristanlığının yaxınlığında bir qala ucalır. Qala dairəvi qüllədən və dördguşəli qala divarlarından ibarət tikintidir.

Qüllənin salamat qalmış hündürlüyü 12 metr, divarların hündürlüyü isə müxtəlifdir. Belə ki, şimal tərəfdən 8 metr, cənub-qərb tərəfdən isə 5 metrdir. Qüllə arakəsicilərlə üç yarusa bölünmüşdür. Birinci yarus digərlərindən birə üç dəfə hündürdür. Yaruslar daş qatlarla örtülmüşdür. Qala divarlarının qalınlığı 1,56 - 1,85 metrə qədərdir. Qalanın birinci qatında dərin bir quyu var. Yerli sakinlərin dediyinə görə, burada yeraltı lağım olmuşdur.

Qalanın ikinci qatında, divarın içində yuxarı, üçüncü qata gedən daş pillələr vardır. Üçüncü qatı isə hal-hazırda dağılmışdır. Lakin divarın içərisində olan daş pillələrin izləri göstərir ki, ola bilsin, qalanın vaxtilə dördüncü qatı da olmuşdur. Belə halda, qalanın hündürlüyü ənənəvi olaraq 20 metrdən artıq olmalı idi. Qalanın divarında, təxminən ikinci qatı hündürlüyündə, tikintinin sifa-rişçisinin, memarın və inşa tarixini göstərən iki kitabə salamat qalmışdır. Yazıdan aydın olur ki, qala hicri təqvimi ilə 700-cü ildə (miladi 1300-1301) Bərəkət adlanan Xuraman ana tərəfindən dəniz kənarında tikilmişdir. (Hal-hazırda qala dəniz kənarından böyük bir məsafədədir.)

 Qalanın qapısının sağında, birinci kitabədən bir az yuxarıda olan digər kitabədə “Əməli Mahmud bin Səəd” sözləri yazılmışdır ki, bu da memarın adıdır. Çox güman ki, bu məşhur memar olmuşdur, çünki həmin şəxsin adına başqa tikililərin üzərilərində olan kitabələrdə də (məsələn, Bibiheybət məscidinin, Pirsaatçay xanəgahının kitabələrində və başqalarında) rast gəlmək olar.

Bu tarixi abidə “Xəzər sahili mühafizə konstruksiyaları” daxilində 24 oktyabr 2001-ci ildə UNESKO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video