05:35 29 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:16 29.09.2021

Qalib sərkərdə


01:15 29.09.2021

Haqqın Zəfər yürüşü


01:09 29.09.2021

29 sentyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Naqilsiz ünsiyyət

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:45 31.07.2021

 

İlk mobil telefonu 1983-cü ildə amerikalı mühəndis Martin Kuper icad edib.  “Motorolla” şirkəti bu layihəsinə 100 milyon dollar xərcləyib. Bu hadisə telekommunikasiya sahəsində yeni dövrün başlanğıcı oldu.

İlk naqilsiz telefonun çəkisi 794 qram, uzunluğu isə 33 sm idi. Enerji ehtiyatı tutumu 8 saat olan cihazın satış qiyməti 3995 dollar təyin edilmişdi. Lakin o, alıcıların istifadəsinə təxminən 10 il sonra verilmişdi. Çünki lisenziyanın alınması və şəbəkənin yaradılması vaxt tələb etmişdi. Martin Kuper müsahibələrində qeyd etmişdi ki, o zaman ixtiraçılar qrupunun sərəncamında bir əsas stansiya və bir mobil telefon var idi. Buna görə də eşidilmədə problem yaranmamışdı. Lakin sonrakı dövrlərdə operatorlar danışıqların böyük qismini bir tezlik kanalına daxil etmişdilər. Təbii ki, bu da keyfiyyətə təsirsiz ötüşməmişdi. Tədricən bütün texniki nasazlıqlar həll edilmişdi.

İlk vaxtlar mobil telefonlarda yalnız zəng etmək funksiyası olsa da, bir sıra təkmilləşdirmələrdən sonra ona saat, təqvim və qrafik ekran əlavə olunmuşdu.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM