03 May 2021 12:46
946
İQTİSADİYYAT
A- A+

Müxtəlif təyinatlı torpaq vergisi necə hesablanır?

Torpaq vergisinin ödəyiciləri Azərbaycan Respublikasının ərazisində, mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələrdir. Burada bir məqama xüsusi diqqət yetirilməlidir ki, mülkiyyətində bina və ya binanın bir hissəsi olan şəxslər də torpaq vergisi ödəyicisi hesab edilir. Çünki bina hansısa torpaq sahəsi üzərində dayanır və beləliklə əmlakın sahibi həmin torpaq sahəsinin istifadəçisinə çevrilir.

Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən AZƏRTAC-a bildirilib ki, kənd təsərrüfatı torpaqları üçün torpaq vergisi dərəcəsi hər 100 kvadratmetr üçün 2 manat müəyyən edilib. Təyinatı üzrə istifadə olunan kənd təsərrüfatı torpaqları və ya suvarma, meliorasiya və ya digər aqrotexniki səbəblərdən istifadəsi mümkün olmayan ərazilərə vergi 0,06 manat nisbətində hesablanır. Bu bəndlər, eləcə də bu növ torpaqların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənir.

Bütün digər hallarda, torpaq vergisi Vergi Məcəlləsinin 206.3 maddəsində qeyd olunmuş cədvələ əsasən hesablanır.

Xatırladaq ki, torpaq vergisi bəyannamələri müəssisələr tərəfindən hər il may ayının 15-dək illik təqdim edilir, avqustun 15-i və noyabrın 15-nə qədər bərabər hissələrlə ödənilir.

Fiziki şəxslər üçün torpaq vergisinin hesablanması iyulun 1-dən əvvəl yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir və bu barədə avqustun 1-dək fiziki şəxsə məlumat verilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video