29 Yanvar 2017 12:01
820
Oxucu məktubları
A- A+

Mütərəqqi təcrübənin bütün avtobus marşrutlarında tətbiq edilməsi yaxşı olar

 

“BakuBus” fəaliyyətə başlayandan  bəri paytaxtda avtobuslarla  sərnişindaşımada ciddi dönüş yaranıb. “BakuBus”un avtobusları müasir, komfortlu olmaqla yanaşı, sürücüləri də peşəkarlıqları, mədəniyyətləri ilə seçilirlər. Onlar ümumi axında yol hərəkəti, eləcə də sərnişindaşıma qaydalarına ciddi əməl edirlər.

Gözlənildiyi kimi, “BakuBus”un standartları rəqabət şəraitinə də təsir göstərib: digər şirkətlər, marşrut sahibləri  bu standartlarda xidmət etməyə cəhd göstərirlər. Amma heç də hamısı yox. Təəssüf ki, elə marşrut xətləri  var ki,  orada vəziyyət əvvəlki tək  acınacaqlıdır. Yenə də dayanacaqlardan kənarda, yolun hərəkət hissəsində avtobus saxlayanlar, təhlükəli qayda pozuntularına yol verənlər çoxdur. Sərnişinlərlə  kobud rəftar edənlərə hələ də rast gəlinir...

Bakının elə küçələri var ki, orada sanki  mövcud qayda-qanunlar  sürücülər üçün qüvvədən düşür.  Məsələn,  Yasamalda - A.Şərifzadə küçəsində avtobus (xüsusilə  39, 77, 165 və digər marşrutların)  sürücüləri bəzən qayda pozmaq üzrə yarışa girirlər. Metronun “İnşaatçılar” stansiyası ətrafındakı vəziyyətdən illərdir vaxtaşırı bəhs edilsə də, orada  qayda-qanun yaratmaq   hələ də mümkün olmayıb. Sürücülər avtobusları harada gəldi saxlayırlar. Yolda hərəkəti iflic etməkdən belə çəkinmirlər. ATV-nin tinində (hər iki istiqamətdə) yolun ikinci zolağında  dayanacaq “açılıb”. Birinci zolaqlar da taksi sürücüləri tərəfindən “özəlləşdirilib”. Əslində isə dayanacaqlar 300 metr irəlidədir. Orada da avtobuslar dayanacaqda deyil, yolayrıcına yaxın ərazidə saxlanılır. Dayanacaqlar  da taksilərə “peşkəş” edilir...

Azadlıq prospektinin müəyyən yerlərində, nəqliyyatın axınına mane olmasın deyə,  hərəkət  hissəsindən kənarda, sağa  çıxıntı ilə  avtobus dayanacağı zolaqları düzəldilib. Di gəl ki, polis nəzarəti olmadan yalnız  “BakuBus”un sürücüləri ora  keçir və  digər avtobuslar üçün də buna şərait yaradırlar. Digərləri isə tam əksinə - yalnız özlərini düşünür, bir çox halda da avtobusu yenə də tamamilə və ya qismən hərəkət zolağının üzərində saxlayırlar. Bununla da nəqliyyatın hərəkət axınını xeyli ləngidirlər. Bu baxımdan və ümumiyyətlə yol hərəkəti qaydalarına  məhəl qoymayan avtobuslar arasında  88 nömrəli  marşrutun sürücüləri xüsusilə seçilirlər. Sanki onlara sürücülük vəsiqəsi əvəzinə kart-blanş verilib...

Marşrut sxemini, hərəkət trayektoriyasını özbaşına dəyişənlərə də rast gəlinir.  Məsələn, 30 və 49  nömrəli  marşrut avtobusları  N.Rəfiyev küçəsindən Xətai metrostansiyası  tərəfə,  Xocalı prospektinə dönməlidirlər.  Ancaq  sürücülər  prospektdə sıxlıq olanda  dərhal yollarını dəyişir, M.Mehdizadə küçəsinə  keçir, oradan da  Bakı Neft  Məktəbinin qarşısındakı, yaxud onun arxasındakı küçədən  əks hərəkətli yola çıxmaqla  Xoçalı prospektinə  qayıdırlar.  Hər addımbaşı da istənilən yerdə saxlayırlar. Bunlara bənzər çox nümunə göstərmək  mümkündür . Hər birini qeydə almaq və sadalamaq  da olar. Hərçənd, bütün bunlar hamımızın gözlərimiz önündə baş verir... 

Marşrut və xidmət sahibləri, onların havadarları, eləcə də avtobus sürücüləri nəzərə almalıdırlar ki, göz yumduqları, rəvac verdikləri və törətdikləri qayda pozuntuları ayrı-ayrılıqda gözlərinə kiçik görünsə də, bunlar ümumilikdə şəhər üçün böyük problemlər yaradır. Eyni zamanda bu, insanların həyat və sağlamlıqları  üçün də ciddi təhlükədir.

Ümid edirik, belə xoşagəlməz hallara birdəfəlik son qoyulacaq. Bunun üçün artıq örnək götürməli nümunə də var, nəticəsi müsbət təcrübə də. 

 

Elmar SADIXOV,

Bakı şəhər sakini

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video