Müstəqil siyasətin təntənəsi
İlham Əliyev Azərbaycanı strateji önəmi birmənalı etiraf olunan güclü dövlətə çevirib
Bu gün dünyada gedən ziddiyyətli geosiyasi proseslər, həmçinin qlobal pandemiya ilə mübarizə fonunda Azərbaycan həm sabitliyini təmin edir, həm də tam müstəqil xarici siyasət kursuna müvafiq olaraq beynəlxalq əlaqələrini daha da gücləndirir.
Prezident İlham Əliyevin milli maraqlara əsaslanan xarici siyasət kursu ölkəmizi strateji önəmi birmənalı etiraf olunan dövlətə çevirib. Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil siyasət həyata keçirən Azərbaycan son 18 ildə bütün istiqamətlər üzrə böyük uğurlar əldə edib.
Etibarlı və strateji tərəfdaş
İlham Əliyevin yürütdüyü xarici siyasət Azərbaycanı dünyada, ilk növbədə, etibarlı və strateji tərəfdaşa çevirib. Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq təşkilatlarda qətiyyətli və müstəqil söz sahibi kimi qəbul edilir. Təkcə ölkəmizin 120 daimi üzvü olan Qoşulmama Hərəkatına sədrlik etməsini göstərmək yetərlidir. Bütün bu uğurlar İlham Əliyevin xarici diplomatiyasının təntənəsidir.
Azərbaycan Prezidentinin ən mötəbər tədbirlərə dəvət olunması, aparıcı dövlətlərin rəhbərləri, dünyada nüfuzlu ictimai-siyasi xadimlər və digər şəxslərlə görüşləri həm özünün, həm də ölkəmizin yüksək nüfuzunun göstəricisidir.
İkinci Qarabağ müharibəsindəki şanlı zəfərlə Azərbaycan regionda yeni reallıqlar yaratdı və hazırda bütün addımlar postmüharibə dövrünün reallıqlarına uyğun atılır. Dönüb geriyə baxanda görürük ki, İlham Əliyevin torpaqlarımızın azad edilməsinə istiqamətlənmiş fəaliyyəti kompleks xarakter daşıyıb. Bu illərdə ordumuzun döyüş imkanlarının artırılmasını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayan dövlət başçısı Ermənistanın işğal siyasətinin beynəlxalq səviyyədə ifşa olunması üçün olduqca səmərəli siyasi-diplomatik fəaliyyət həyata keçirib. Bunun nəticəsində dünya erməniliyinin başlada biləcəyi xarici təhdid və təzyiqlərin qarşısı alınıb, onlar tamamilə neytrallaşdırılıb.
Azərbaycanın güclənməsinə xidmət edən ən mühüm məsələlərdən biri də İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasətdir. Məlumdur ki, dünyada dövlətlərin nüfuzunu müəyyən edən bir sıra səbəblər var. Bunların arasında ən mühümü təbii ki, əhəmiyyətindən asılı olmayaraq hər bir sahədə yürüdülən siyasətin məzmunu və mahiyyətidir. Dövlətin nüfuzu, ona göstərilən beynəlxalq etimad da bununla bağlıdır. Bütün dövlətlər milli maraqlarına cavab verən siyasət həyata keçirməyə çalışır, lakin hamısı buna nail ola bilmir. Azərbaycan ərazi cəhətdən böyük dövlət deyil, amma onun Liderinin yürütdüyü müstəqil siyasətin əhatə dairəsi çox böyükdür. Müstəqil enerji və iqtisadi siyasət yürütmək, qlobal məsələlərdə öz mövqeyini ifadə etmək bugünkü reallıqlar baxımından kifayət qədər mühüm məsələlərdir.
Məhz İlham Əliyevin yürütdüyü müstəqil siyasət nəticəsində hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısıdır. Ölkəmizin karbohidrogen ehtiyatları Avropa və dünya bazarlarına çatdırılır. Müstəqil siyasətin nəticəsidir ki, qısa müddətdə orbitə 3 peyk çıxaran Azərbaycan kosmik klubun üzvüdür. Xarici siyasətini tam müstəqil həyata keçirir və Ermənistan kimi kənardan təlimat almır.
Bunu ən yaxşı İlham Əliyev dəyərləndirib: “Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili, xarici siyasətini aparır, öz dostlarını özü seçir, heç kimin qabağında baş əymir, heç kimə hesabat vermir. Ancaq Azərbaycan xalqının iradəsi Prezident kimi mənim üçün əsas məsələdir. Son illərin tarixi göstərdi ki, bütün cəhdlərə baxmayaraq, heç kim Azərbaycanı öz müstəqil yolundan döndərə bilmədi”.
İlham Əliyevin yeni əməkdaşlıq platforması uğurlar vəd edir
Azərbaycan regionda söz sahibidir. Bölgədə yaranan yeni iqtisadi potensial Azərbaycanın imkanları daxilində reallaşa bilər. Məhz bu səbəbdən də İlham Əliyev hər zamankı kimi təkliflə çıxış edərək yeni əməkdaşlıq formatının yaradılmasının vacibliyini bildirir.
Bəllidir ki, savaşdan sonra yaranan ilk reallıq bölgədə yeni kommunikasiyaların açılmasını, nəqliyyat dəhlizlərinin yaradılmasını zəruri edir. Region ölkələrinin birgə əməkdaşlığı sayəsində həyata keçiriləcək müştərək layihələr əlbəttə ki, ilk növbədə, bölgənin sürətli inkişafı üçün real zəmin yaradar.
Yeni reallıqları dəyərləndirən İlham Əliyev də məhz bu prinsipləri nəzərə alaraq regionda yeni “3+3” əməkdaşlıq formatının yaradılması təklifini irəli sürüb. Bu, Azərbaycan, Türkiyə, Rusiya və İran, Gürcüstan, Ermənistan əməkdaşlığını nəzərdə tutan platformadır. Artıq xeyli müddətdir ki, Azərbaycan Prezidentinin təklifi geniş müzakirə mövzusuna çevrilib. İqtisadçılar, siyasətçilər də birmənalı olaraq qeyd edirlər ki, bu format, ilk növbədə, bölgənin gələcəkdə təhlükəsizliyini gücləndirə bilər.
Azərbaycan məğlub Ermənistan istisna olunmaqla, qonşu ölkələrlə hər zaman əməkdaşlıqda maraqlı olub və indiyə qədər müxtəlif layihələr həyata keçirib. Ölkəmizin Türkiyə, Rusiya, İran və Gürcüstanla birlikdə reallaşdırdığı müxtəlif beynəlxalq layihələr, ilk növbədə, Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir. Məhz bu layihələr iqtisadiyyatımızın sürətli inkişafında mühüm rol oynayıb.
Prezident İlham Əliyev müharibədən sonrakı bütün çıxışlarında bəyan edir ki, regionun inkişafı naminə icra ediləcək hər bir layihə özündən sonra digər layihənin reallaşmasına real zəmin yarada bilər. Ona görə də, ilk növbədə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və sülh müqaviləsinə imza atmalıdır. Belə olan təqdirdə “3+3” formatı reallaşa bilər. Əgər təkcə Zəngəzur dəhlizinə diqqət yetirsək, bunun Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistan və Gürcüstanın maraqlarına cavab verdiyini aydın şəkildə görə bilərik. Prezidentin də söylədiyi kimi, bu dəhlizin yaradılması, işə düşməsi ilə Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər.
Azərbaycan öz iqtisadi qüdrətindən yararlanmaqla postmüharibə dövrünün reallıqları əsasında həm inkişafını davam etdirir, həm də milli maraqlarını inamla təmin edir. İlham Əliyevin müharibədən sonra gələcək addımlarla bağlı müəyyənləşdirdiyi “yol xəritəsi” ilə Azərbaycan Cənubi Qafqazdakı mövqeyini getdikcə daha da gücləndirir.
Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Azərbaycan Respublikası Prezidentinin “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanun...
19 Mart
“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sı...
19 Mart
“Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması”nın təsdiq edilməsi haqqında...
19 Mart
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzər...
19 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsd...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununu...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı...
19 Mart
Azercell abunəçilərinin nəzərinə:
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!