09:59 24 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:24 24.09.2021

Güc simvolu


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Musiqinin ilk inciləri

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:40 31.07.2021

 

İnsan övladı doğulan andan qulağına gələn pıçıltılı nəğmələr onun dərin yuxularda gəzişməsinə, xoş əhvallı davranışlar sərgiləməsinə səbəb olur. Məhz musiqinin həyatımızdakı önəmi də buradan başlayır.

Bəşəriyyətin özü qədər qədim olan musiqinin maraqlı tarixçəsi var. Bəzi mənbələrə görə, ən qədim nota alınan musiqi e.ə XIV əsrdə mixi yazı ilə Hurilər tərəfindən Tanriça Nikkal üçün bəstələnən “6 nömrəli Hurrian Himni” adlanır. Melodiya gil lövhələr üzərinə yazılıb və 1950-ci ildə Suriyanın Uqarit şəhərində qazıntılar zamanı tapılıb. Pianoçu, bəstəkar Malek Jandalinin 5 dəqiqəlik piano ifasındakı bu musiqi kifayət qədər dərin notları özündə birləşdirir, dinlənilən zaman həmin dövrün ab-havasını xəyallarda canlandırır.

İlk musiqi kompozisiyasının tarixi isə bir qədər daha yaxındır. Yunan mədəniyyəti tarixə bir sıra töhfələr verməsi ilə yanaşı, ilk musiqi kompozisiyasının da banisidir. I əsrə aid yunan melodiyası olan “Seikilos Epitaph” adlı bəstə Seikilos tərəfindən həyat yoldaşının məzar daşına həkk olunmuş vəziyyətdə tapılıb.

Bu əsərə kompozisiyaya uyğun yunan dilində sözlər də əlavə olunub:

Yaşadıqca parlayın,

Heç kədərlənməyin.

Həyat yalnız qısa müddət mövcuddur,

Vaxt isə öz haqqını tələb edir.

Bir sıra dünya şöhrətli musiqiçilər bu bəstənin tapılması nəticəsində çağdaş kompozisiyadan yeni nümunələr təqdim etmişlər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM