18:28 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Müqəddəs səfər

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
01:10 05.09.2021

 

2017-ci ildə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunanda hamımızın ürəyindən nisgilli bir duyğu keçmişdi: “Bu yubiley ilində kaş Vaqifin məqbərəsini ziyarət edib, ulu sənətkara ehtiramımızı orada da ifadə edə biləydik”.

Ancaq o zaman Şuşamız da, Vaqifin məqbərəsi də işğal  altındaydı. Mənfur ermənilərin vəhşi xislətinin  tarixi-mədəni abidələrimizdən, o sıradan da M.P.Vaqifin məqbərəsindən yan keçmədiyini bilir və qisas gününü səbirsizliklə gözləyirdik.

Nəhayət, 2020-ci ilin mübarək payızı gəldi. Ali Baş Komandanımızın  cəsarəti və qətiyyəti,  yenilməzliyi ilə dünyaya səs salan Azərbaycan ordusunun qüdrəti, xalqımızın sarsılmaz ruhu mürtəd düşmənə cəmi 44 gün çəkən savaş meydanında tarixi dərs verdi. Ordumuz təkçə ermənilərin özünə yox, həm də onları himayə edən dünyanın qaraüzlü qara qüvvələrinə elə dəhşətli hərbi zərbələr vurdu ki, bu misilsiz Azərbaycan savaşının səs-sədası uzun zaman tarixin yaddaşında unudulmaz möhür kimi qalacaq.

Ötən ilin noyabrında Böyük Zəfərin zirvə nöqtəsinə yetişdik: Şuşamız azad olundu. Vaqifin məqbərəsi, Pənah xanın, Natəvanın, Üzeyir bəyin, Bülbülün ruhu dərindən nəfəs aldı...

Bir il öncə Füzulidən, Ağdamdan Şuşaya doğru şığıyan Azərbaycan əsgərlərinin ayaq səslərini, hay-haray dolu dəli nərələrini sinəsinə çəkən doğma torpaqlarımız boyu indi yüz  kilometrdən də çox uzanan  qürurverici “Zəfər yolu” çəkilib. Bu yol və onun çevrəsi boyunca qanını və canını Vətən yolunda qurban eləyən əsgərlərimizin fədakarlığının qarşısında hər zaman baş əyəcəyik.

Şuşa şəhərinin girişindəki on metrlərlə yüksəyə dikələn sıldırım qayaları qəhrəman Azərbaycan oğullarının əfsanəvi qüdrətlə adlayıb keçməsi insanda ağılalmaz bir heyrət yaradır. Əslində, Şuşanın bu fəthi dünyanın nadir hərbi əməliyyatlarından biridir. Bu qüruru yaşamaq adamın ruhunu səmada - Şuşanın göylərində qanadlandırır və kövrəldir.

Mən Şuşaya daxil olanda illərdən bəri əhd elədiyim bir vacib əməli gərçəkləşdirmək niyyətindəydim. Tarixi qürur yerimiz olan bu şəhərin daşını-torpağını bağrıma basıb öpmək istəyirdim. Yanından keçdiyimiz bir divarı göstərib dedilər: “Burada şiddətli döyüşlər gedib, əsgərlərimizin qan izlərinin yerləri hələ də görünür...”

 Maşından düşdüm və o müqəddəs divarı dönə-dönə öpdüm və öz əhdimə qovuşmuş oldum...

Şuşa hər zaman Azərbaycan üzüyünün qaşı kimi qiymətləndirilib. Azadlığa çıxdıqdan sonra möhtərəm Prezidentimiz İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etməklə bunu bir daha bütün dünyaya görk elədi.

Ötən qısa zaman içində Şuşaya möhtəşəm “Zəfər yolu”nun çəkilməsi, Vaqifin məqbərəsinin bərpa olunması, Bülbülün ev-muzeyinin yenidən qurulması, tarixi-memarlıq abidələrinin - məscidlərin, qədim malikanələrin əvvəlki görkəminə qaytarılması böyük hünərdir. Burada hər gün, hər saat nəhəng işlər gedir, tikinti-quruculuq yolundakı çalışmalar durmadan davam edir. Şuşa yenidən doğulur və möhtəşəm bir tarixi görüntü qazanaraq dirçəlir.

Vaqifin məqbərəsi yenidən poeziyasevərləri, şair və yazıçıları, ziyalıları isti bir nəfəslə qarşıladı. Vaqif Poeziya Günləri otuz üç il sona bir daha ana dilimizin və milli ruhumuzun söz meydanı oldu.

Şuşaya gəldiyim gün “Gəlmişəm, Şuşam, gəlmişəm” adlı bir şeir gəldi ruhuma. Bilmirəm, bəlkə bu, yeni Şuşada yazılmış ilk şeir idi:   

Dağıt başından dumanı,

Gəlmişəm, Şuşam, gəlmişəm.

Qalmasın ahın-amanın,

Gəlmişəm, Şuşam, gəlmişəm.

 

Top-tüfəngim, yarağımla,

Hesab çəkmişəm yağımla.

Ay-ulduzlu bayrağımla

Gəlmişəm, Şuşam, gəlmişəm.

 

Salam olsun ordumuza,-

Qürur verdi yurdumuza.

Qalamıza-burcumuza

Gəlmişəm, Şuşam, gəlmişəm.

 

Yolu açdı igidlərim,-

Qazilərim, şəhidlərim,

Ər oğlu mücahidlərim,

Gəlmişəm, Şuşam, gəlmişəm.

 

“Allah-əkbər” sədasıyla,

“Can Qarabağ!” nidasıyla.

Koroğlunun  havasıyla

Gəlmişəm, Şuşam, gəlmişəm.

 

Haqq-tala itaətinə,

Pir-ocaq ibadətinə,-

Vaqifin ziyarətinə

Gəlmişəm, Şuşam, gəlmişəm.

 

Qarabağ bizim yerimiz,

Meydandayıq hər birimiz.

Baş Komandan öndərimiz,

Gəlmişəm, Şuşam, gəlmişəm,

Gəlmişik, Şuşam, gəlmişik.

 

Məhərrəm QASIMLI,

Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM