04:21 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


00:14 22.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Muğam Mərkəzində “TÜRKSOY Media Mükafatı-2020”nin təqdimat mərasimi olub

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:29 26.09.2021

 

Sentyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində “TÜRKSOY Media Mükafatı-2020”nin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi  bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhid jurnalistlər - AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov və AzTV-nin əməkdaşı Sirac Abışova həsr olunmuş videoçarx nümayiş olunub.

Təqdimat mərasimində mədəniyyət naziri Anar Kərimov çıxış edərək bildirib ki, bu gün Azərbaycan öz qədim tarixi ərzində heç vaxt görünməmiş bir yüksəliş yaşayır: “Prezident İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasət nəticəsində qazanılmış uğurlar hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir. Azərbaycanın böyük Zəfəri bütün türk dünyası üçün önəm daşıyır.

Son 32 il ərzində Qarabağ ətrafında baş verən hadisələrin məntiqi nəticəsi - 27 sentyabr tarixdən başlayan və 44 gün ərzində davam edən Vətən müharibəsi oldu. Azərbaycanın Qələbəsi ilə nəticələnən döyüş əməliyyatları 10 noyabr tarixdə üçtərəfli razılaşmanın imzalanması ilə öz layiqli sonluğunu tapdı. Prezident İlham Əliyevin dediyi kimi, bu savaş xalqımız üçün Vətən müharibəsi idi. Azərbaycan Ordusu döyüş meydanında tarixi ədaləti bərpa etdi”.

Vətən müharibəsi günlərində və sonrakı dövrdə müharibə həqiqətlərini yerli və dünya ictimaiyyətinə operativ çatdıran jurnalistlərimizin son dərəcə böyük peşəkarlıq göstərdiyini söyləyən nazir deyib: “Cəbhə bölgəsinə ezam olunmuş öz peşə fəaliyyətlərini milli vətənpərvər ruhda fədakarlıqla yerinə yetirən KİV nümayəndələri, elektron və yazılı media orqanlarında çalışan jurnalistlərlə yanaşı, bu haqq savaşında xüsusi fədakarlıq göstərmiş və müharibə həqiqətlərini dünyaya çatdırmaqda bizə yardımçı olan xarici media təmsilçilərinin də fəaliyyətini xüsusilə vurğulamaq lazımdır. Fürsətdən istifadə edib bütün türk dünyasına və yanımızda olan media nümayəndələrinə təşəkkür edirəm. Builki media mükafatını Qarabağ savaşına həsr etdiyi üçün TÜRKSOY təşkilatının baş katibi Düsen Kaseinova minnətdarlığımı bildirirəm. Tədbirdə iştirak edən dünya şöhrətli fotoqraf Rza Deqqəti və jurnalist Fulya Öztürkü salamlayıram.

Cəbhə bölgəsinə ezam olunmuş yerli və xarici jurnalistlər üzərlərinə düşən işin öhdəsindən layiqincə gələ bildilər. Ən qaynar nöqtələrdə fəaliyyət göstərdilər. Həyatlarını riskə atmaqdan çəkinmədilər.

İşğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirməklə bağlı vəzifələrini icra edərkən AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov və AzTV-nin əməkdaşı Sirac Abışov iyunun 4-də onları aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində şəhid oldular. Bu, təkcə Azərbaycan jurnalistikasına deyil, dünya mediasına yönəlmiş terror aktıdır”.

A.Kərimov daha sonra mətbuatın inkişafına, eyni zamanda, möhtəşəm Zəfərimizin qazanılmasına öz dəyərli töhfələrini verdiklərinə görə jurnalistlərə təşəkkürünü bildirib: “Azərbaycan Qarabağ müharibəsindən qalib çıxdı. Azərbaycan mediası da qalib ölkənin mediasına çevrildi”.

Bu mühüm tədbirdə iştirak etməsindən məmnunluğunu ifadə edən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Baş katibinin müavini Bilal Çakıcı qeyd edib ki, türk xalqlarının tarixi zəfərlərlə doludur: “Bu tarixə 2020-ci ildə Azərbaycan daha birini əlavə etdi. 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan əsgəri qanları, canları bahasına düşmən tapdağında olan doğma torpaqlarımızı azad edərək bu Zəfəri bizə yaşatdı.

Tədbir barədə məlumat verən Bilal Çakıcı, mükafatın TÜRKSOY tərəfindən 2009-cu ildən etibarən hər il türk dünyasında baş verən mədəniyyət və incəsənət hadisələrini, ümumtürk mədəniyyətini və təşkilatın fəaliyyətlərini geniş işıqlandıran, dünya mətbuatında təbliğ edən kütləvi informasiya vasitələrinin nümayəndələrinə və mətbuat qurumlarına təqdim edildiyini söyləyib.

Bilal Çakıcı 2020-ci il üçün özəl olaraq “TÜRKSOY Media Mükafatı”nın 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda yaşanan tarixi hadisələri, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə obyektiv çatdıran və yayımlayan yerli və xarici media təmsilçilərinə təqdim olunacağını vurğulayıb.

O həm TÜRKSOY-un, həm də Azərbaycan dövlətinin birgə səyləri nəticəsində dostluq, qardaşlıq körpülərinin daha da möhkəmlənəcəyinə inamını ifadə edib.

Sonra “TÜRKSOY Media Mükafatı-2020”i təqdim edilib. Mükafat şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun ailə üzvlərinə verilib. Həmçinin Türkiyə, Qazaxıstan, Xorvatiya, Azərbaycan, Özbəkistan və Qırğızıstandan olan jurnalistlər də bu mükafata layiq görülüblər. Mükafatçılar sırasında dünyaca məşhur fotoqraf Rza Deqqəti və türkiyəli jurnalist Fulya Öztürk də var.

Təltif olunanlar əməklərinə verilən yüksək dəyərə görə təşkilatçılara təşəkkürlərini bildiriblər.

Tədbir Beynəlxalq Muğam Mərkəzinin solistlərinin ifasında “Qarabağ” şikəstəsinin səslənməsi ilə yekunlaşıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM