12:57 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında
ANA SƏHİFƏ / FƏRMANLAR
07:10 27.10.2011

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin davamlı inkişafı dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir. Bu sahədə qanunvericiliyin, inzibati prosedurların və dövlət-sahibkar münasibətlərinin təkmilləşdirilməsi istiqamətində son illər dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilmişdir.

Eyni zamanda araşdırmalar göstərir ki, ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müxtəlif dövlət orqanlarından çoxlu sayda icazə almaq tələb edilir. Bu isə, öz növbəsində, sahibkarlığın inkişafına, məşğulluğun artmasına və iqtisadiyyata investisiya qoyuluşu prosesinə mənfi təsir göstərir. Mövcud vəziyyətin yaxşılaşdırılması sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sisteminin təkmilləşdirilməsini zəruri edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq ölkədə sahibkarlığın inkişafına daha əlverişli biznes mühiti formalaşdırmaq üçün vahid xüsusi razılıq (lisenziya) və icazə sisteminin yaradılması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2. Bu fərmanın 1-ci hissəsinə əsasən hazırlanacaq qanun layihəsində lisenziya və icazə tələb olunan fəaliyyət növlərini aşağıdakı meyarları nəzərə almaqla müəyyən etsin:

2.1. fəaliyyət növü dövlət təhlükəsizliyinə təsir edir;

2.2. fəaliyyət növü məhdud təbii ehtiyatlardan istifadəni nəzərdə tutur;

2.3. fəaliyyət növü ətraf mühitin ekoloji vəziyyətinə mənfi təsir göstərə bilər;

2.4. fəaliyyət növü həmin fəaliyyətin həyata keçirilməsində iştirak etməyən qeyri-məhdud sayda şəxslər üçün təhlükə doğurur;

2.5. fəaliyyət növü qeyri-məhdud sayda şəxsləri, o cümlədən onların əmlakını cəlb edir;

2.6. fəaliyyət növü həddən artıq gəlir əldə edilməsinə imkan yaradır və əlavə nəzarət tələb edir.

3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi:

3.1. üç ay müddətində Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının verdikləri icazələr barədə məlumatı (icazə növünün adı, hüquqi əsası, tələb edilən sənədlərin siyahısı, icazəni verən orqanın adı, hüquqi ünvanı və s.) əks etdirən internet portalı yaratsın;

3.2. həmin portalda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tələb edilən icazə növləri üzrə (hüquqi əsası, icazənin alınması üçün tələb edilən sənədlərin siyahısı, icazəni verən orqanın adı, hüquqi ünvanı və s.) istifadəsi sadə olan axtarış sistemini yaratsın;

3.3. portalda "sahibkarlıq sahəsinə aid qanunvericilik aktlarının layihələri" xidmət bölməsinin yaradılmasını, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladığı sahibkarlıq sahəsinə aid olan qanunvericilik aktlarının layihələrinin həmin portalda yerləşdirilməsini və göstərilən layihələrin mətninin portalda bir ay müddətində saxlanılmasını təmin etsin;

3.4. yaradılmış portal barədə məlumatın kütləvi informasiya vasitələri ilə yayılmasını təmin etsin.

4. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları:

4.1. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün verdikləri icazələr barədə məlumatı (icazə növünün adı, hüquqi əsası, tələb edilən sənədlərin siyahısı, icazəni verən orqanın adı, hüquqi ünvanı və s.) bir ay müddətində Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim etsinlər;

4.2. sahibkarlıq sahəsinə aid qanunvericilik aktlarının layihələrini portalda yerləşdirmək üçün onları Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə elektron daşıyıcılarda təqdim etsinlər;

4.3. layihəni hazırlayan orqan portalda yerləşdirilmiş layihələrə dair verilən təkliflərə bir ay müddətində baxılmasını və təklifin qəbul edilməyəcəyi təqdirdə təklif verənə əsaslandırılmış cavab göndərilməsini təmin etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 26 oktyabr 2011-ci il



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM