06 Sentyabr 2021 14:46
1363
İQTİSADİYYAT
A- A+

Müəssisə faizli və ya faizsiz borc götürərsə hansı vergi öhdəliyi yaranır?

 

Müəssisə adi fiziki şəxslərdən, təsisçidən və hüquqi şəxslərdən (bank və kredit təşkilatları istisna olmaqla) faizli və ya faizsiz borc pul götürə bilər. Bu zaman hansı vergi öhdəliyi yaranır?

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzuya aydınlıq gətirən İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin iqtisadçı eksperti Cavid Vəlizadənin sözlərinə görə, Mülki Məcəlləyə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, həmin müqavilə kredit müqaviləsi adlandırılır. Yəni müəssisə faizsiz borc pul götürdükdə belə, Mərkəzi Bank tərəfindən müəyyənləşdirilən kreditlər üzrə orta faiz dərəcəsinə əsasən faizlər hesablanmalı və Vergi Məcəlləsinə uyğun olaraq həmin məbləğdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir: “Bu da nəzərə alınmalıdır ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda, Vergi Məcəlləsinə əsasən, qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə - ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Mərkəzi Bankın dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır”.

Ekspert bildirib ki, Vergi Məcəlləsinə əsasən, hüquqi şəxslərin əldə etdiyi faiz gəliri mənfəət vergisinin vergitutma obyektidir. O səbəbdən müəssisəyə faiz ödəyən zaman 10 faiz dərəcəsi ilə ödəmə mənbəyində vergi tutmalı, müəssisə isə illik mənfəət vergisi hesabatında ödəmə mənbəyində verginin tutulduğunu təsdiq edən sənədləri təqdim etməklə ödəmə mənbəyində tutulmuş həmin vergi məbləğini hesablanmış illik mənfəət vergisindən çıxmalıdır.Təsdiqedici sənədlər təqdim edilmədikdə isə müəssisənin əldə etdiyi faiz gəliri tam olaraq 20 faiz dərəcəsi ilə vergiyə cəlb ediləcək.

C.Vəlizadə, həmçinin qeyd edib ki, “Nağdsız hesablaşmalar haqqında” Qanuna əsasən, əgər təsisçi və ya qarşılıqlı surətdə asılı olan digər şəxs müəssisəyə faizsiz borc verərsə, bu halda borc alan və borc verən hər ikisi vergiödəyicisi kimi uçotda olan şəxslər olduqda, bu borcun verilməsi və qaytarılması mütləq nağdsız qaydada həyata keçirilməlidir.

Bu əməliyyatlar nağd qaydada yalnız o halda həyata keçirilə bilər ki, borc alan və ya borc verən vergiödəyicisi kimi uçotda olmasın və təqvim ayı ərzində 30 min manatdan və ya 15 min manatdan artıq hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video