06 Oktyabr 2011 07:10
440
Mədəniyyət
A- A+

«Müasir Azərbaycan dövrün baxışında»

 

Azad və müstəqil yaşamaq, öz hüquqlarını suveren şəkildə həyata keçirmək hər bir xalq üçün daim ən böyük milli sərvət hesab olunub və bəşəriyyətin geridə qoyduğu tarix indi də bu reallığı dəyişməyib. Dünyanın ən qədim sakinlərindən sayılan Azərbaycan xalqı da milli müstəqilliyini ən böyük nailiyyət olaraq dəyərləndirib, buna xələl gətirən hallara qarşı hər zaman qətiyyətlə mübarizə aparıb. Böyük ziddiyyətlər əsri kimi qiymətləndirilən ötən yüzillikdə aparılan mübarizə nəticəsində Azərbaycan iki dəfə öz dövlət müstəqilliyinə qovuşub. İlk müstəqillik tariximiz qısa zaman kəsiyini əhatə etsə də, ötən əsrin son onilliyində yenidən əldə etdiyimiz bu böyük milli sərvətin əbədi, dönməz xarakter daşıyacağına heç bir şübhə yoxdur.

Artıq 20-ci ildönümü qeyd olunan Azərbaycanın yeni müstəqillik dövrü tariximizin ən parlaq və şanlı səhifələri kimi vərəqlənir. Bu müddətdə ölkəmizin keçdiyi inkişaf yolu, qazandığı  nailiyyətlər isə Azərbaycanın müstəqilliyinin əbədiliyinə möhkəm, sarsılmaz təməl yaradıb. İyirmi il ərzində Azərbaycan böyük bir intibah məsafəsini qət edərək digər xalq və dövlətlərin əldə etdiyi nailiyyətləri tarix üçün çox qısa sayılacaq zaman kəsiyində əldə edə bilib. "Azərbaycan" qəzetinin redaksiyası tərəfindən hazırlanan "Müasir Azərbaycan dövrün baxışında" adlı ikicildlik kitab da ötən 20 il müddətində ölkəmizin dinamik, sürətli, düşünülmüş inkişaf yoluna elmi-nəzəri, faktoloji baza əsasında işıq  tutur.

Nəfis tərtibatda hazırlanan kitab Azərbaycanın dövlət müstəqilliyinin banisi, ölkəmizin suverenliyinin dönməz əsaslarını yaradan xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf edilib. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında Prezident İlham Əliyevin Sərəncamı ilə başlayan ikicildliyin giriş hissəsində qeyd olunduğu kimi, sözügedən nəşrdə dövlət müstəqilliyimizin 20 ilinin tarixi-politoloji təhlilinə, habelə müstəqilliyə qədər və müstəqillik illərində keçdiyi şərəfli yola, əsas ictimai-siyasi, sosial-iqtisadi hadisələrə obyektiv prizmadan nəzər salmağa çalışılıb. Ulu öndər Heydər Əliyevin xalqın arzu və istəyi, təkidli tələbilə 1993-cü ildə yenidən hakimiyyətə qayıtması ilə Azərbaycanın həqiqi dövlət müstəqilliyinə qovuşması kontekstində həmin tarixdən 2010-cu ilə qədər olan zaman kəsiyində yaşanan iqtisadi, siyasi, hüquqi, mədəni sahədəki əsas hadisələrə, həyata keçirilən islahatlara diqqət yetirilib, əldə olunan uğurlar xronoloji ardıcıllıqla təqdim edilib.

Altı fəsildən ibarət ikicildlikdə Azərbaycan  Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyevin "Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" adlı genişhəcmli məqaləsi kitabın ideya və məzmunu ilə uğurlu vəhdət təşkil edərək müstəqillik amilinə elmi-fəlsəfi prizmadan nəzər salır.

Kitabın buraxılışına məsul "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovdur.

Yeni nəşr tarixçilər, iqtisadçılar, filosof və siyasətşünaslarla yanaşı, ümumən yeni müstəqillik tarixində Azərbaycanın keçdiyi inkişaf yolunun ayrı-ayrı mərhələlərini öyrənmək istəyən tədqiqatçılar üçün zəngin mənbədir.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video