18:32 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Müalicəvi qarışım

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:38 08.08.2021

 

Adi xörək duzu güclü antiseptik xüsusiyyətlərə malikdir. Bu səbəbdən müxtəlif iltihablar zamanı geniş istifadə olunur və çox yaxşı müalicəvi təsiri var. Bununla bağlı bir neçə resept təqdim edirik: 

1. Boğaz ağrısı, angina zamanı duzla qarqaralar çox yaxşı müalicəvi effekt verir. 1 stəkan ilıq suda 1 çay qaşığı (uşaqlar üçün yarım çay qaşığı) duz həll edin və gün ərzində bir neçə dəfə bu məhlulla qarqara edin. Nəzərə almaq lazımdır ki, angina zamanı bu yalnız köməkçi vasitə kimi istifadə oluna bilər. Angina mütləq antibiotiklərin köməyi ilə müalicə olunmalıdır!

2. Diş və damaqların iltihabları zamanı da duzlu su (1 çay qaşığı duz və 1 stəkan su) çox yaxşı kömək edir. Belə hallarda ağız boşluğunu duzlu su ilə tez-tez qarqara edin, bu, iltihabın azalmasına kömək edir. Diş çəkiləndən sonra ağız boşluğunu duzlu su ilə qarqara edin. Bu, yaranın daha tez sağalmasına kömək edir, iltihabın qarşısını alır.

3. Duzlu su göbələk xəstəliyinə təsirə malikdir. Bu səbəbdən duzla ayaq vannaları göbələklə mübarizəyə yaxşı kömək edə bilər. 1 litr üçün 2 xörək qaşığı duz götürülür. Duz suda həll olunur və ayaq vannaları üçün istifadə edilir. Həmçinin bu sadə vasitə pis ayaq qoxusunu da yox edir.

4. Zökəm zamanı duzlu su ilə burnunuzu yuyun.

5. Duzlu su ilə vannalar (1 litr su və 2 xörək qaşığı duz) ayaqlarda şişkinliyi azaldır, ayaq yorğunluğunu aradan qaldırır.

6. Baş ağrıları zamanı 1 stəkan ilıq suda 1 çay qaşığı duz həll edin, məhlulda tənzif isladın və alnınıza qoyub bir qədər uzanın.

7. Üz dərisindəki sızanaqların qarşısının alınmasına duzlu su çox yaxşı kömək edir. Üzünüzü hər gün duzlu su ilə yuyun. Duzlu su üz dərisini cavanlaşdırır, daha təravətli edir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM