09 Sentyabr 2011 07:09
455
MSK
A- A+

MSK-nın keçirdiyi kurslar davam edir

 

Mərkəzi Seçki Komissiyasında (MSK) Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar sentyabrın 8-də davam etdirilmişdir.

Növbəti kursda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova "Aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi tədbirləri, seçki prosesində insan hüquqlarının müdafiəsi istiqamətləri və vasitələri" mövzusunda məruzə ilə çıxış etmişdir. DSK sədrləri üçün keçirilən kursların əhəmiyyətini vurğulayan ombudsman bildirmişdir ki, seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar seçkilərin azad, ədalətli və şəffaf keçirilməsindəki fəaliyyətini daha da təkmilləşdirir.

İnsan hüquqlarının müdafiəsinin tarixindən danışan E.Süleymanova bildirmişdir ki, Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində dövlət səviyyəsində çox böyük işlər görülür.

Ölkəmizdə son illərdə insan hüquqlarının təmin edilməsi sahəsində görülən işlərdən danışan E.Süleymanova qeyd etmişdir ki, respublikamızda bu hüquqların təmin olunması, səmərəli müdafiəsi məqsədi ilə mükəmməl qanunvericilik bazası yaradılmışdır. Bu qanunlara dönmədən əməl olunur, seçki prosesində seçicilərin hüquqları etibarlı surətdə qorunur.

"Seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutulan qanunvericilik sistemi və məsuliyyət növləri" mövzusunda məruzə  ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov bu cür kursların keçirilməsini yüksək qiymətləndirmişdir. O, dairə seçki komissiyalarının sədrləri üçün nəzərdə tutulan ixtisaslaşdırılmış kurslara gələcəkdə məntəqə sədrlərinin də cəlb edilməsini tövsiyə etmişdir. R.Usubov bu kursların azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi sahəsində maarifləndirmə işinin gücləndirilməsinə, dairə seçki komissiyalarının sədrlərinin peşəkar hazırlığının artırılmasına kömək edəcəyini bildirmişdir.

Kurslar dairə seçki komissiyalarında təcrübə mübadiləsi ilə davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video