14:21 25 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
00:51 25.07.2021

Səmanın fatehi


00:38 25.07.2021

Cüdoda uğursuz start


00:38 25.07.2021

İlk medalçılar


00:36 25.07.2021

Boksçumuz 1/8 finalda


00:35 25.07.2021

Ən çox qəhvə içənlər


00:33 25.07.2021

Ən dadlı qəhvə


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Mövlud Çavuşoğlu: Ümid edirik ki, seçkilərdən sonra Ermənistanın yeni rəhbərliyi əvvəlki səhvlərindən nəticə çıxaracaq
 
ANA SƏHİFƏ / SİYASƏT
18:02 20.06.2021

Ümid edirik ki, Ermənistandakı seçkilərdən sonra yeni rəhbərlik əvvəlki səhvlərindən nəticə çıxararaq bölgədəki sülh və sabitliyə yeganə yolunun qonşularla yaxşı münasibətdən, qonşuların torpaqlarına göz dikməkdənsə, onlarla yaxşı təmas qurmaqdan keçdiyini anlayacaq. Çünki Azərbaycan işğal altındakı torpaqlarını azad etdikdən sonra həm Türkiyə, həm də Azərbaycan bölgədə sülhə və sabitliyə nail olmaq üçün iradə nümayiş etdirir. Həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də Azərbaycan Prezidenti İlham Əliyev açıqlamalarında bu barədə bildiriblər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Prezidenti Administrasiyasının himayədarlığı ilə “Yenilikçi Diplomatiya: Yeni Dövr, Yeni Yanaşmalar" mövzusunda təşkil olunan Antalya Diplomatiya Forumunun yekunlarına həsr olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən ifadə edib.

Regiondakı yeni münasibətlərin daha çox Ermənistan üçün faydalı olduğunu diqqətə çatdıran nazir Mövlud Çavuşoğlu bildirib ki, bu ölkə yanlış siyasət nəticəsində bölgədəki beynəlxalq layihələrdə iştirak etməkdən məhrum olub. Əgər Ermənistan sülh və sabitliyin yaranması istiqamətində səy göstərsə, onunla münasibətlərin qurulması üçün addımlar atıla bilər.

Şuşa Bəyannaməsindən danışan nazir diqqətə çatdırıb ki, bu sənəd iki qardaş ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyini göstərir. “Sənədin Şuşada imzalanması xüsusi məna daşıyır. Türkiyənin Şuşada Baş konsulluğunun açılması ilə Azərbaycan və Türkiyə bayraqları bu qədim şəhərdə yanaşı dalğalanacaq”, - deyə Çavuşoğlu qeyd edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM