03 Avqust 2021 18:08
596
DÜNYA
A- A+

Moskva estoniyalı diplomatı persona non qrata elan edib

 

Rusiya Estoniya səfirliyinin əməkdaşını persona no qrata  elan edib. Estoniya səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Rusiya XİN-in mətbuat xidmətinin  məlumatına istinadən APA agentliyi xəbər  yayıb.

Rusiya XİN-dən bildirilib ki, iyulun 7-də Estoniyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun baş konsulu Mart Lyatte diplomatik statusa uyğun olmayan fəaliyyəti ilə əlaqədar persona non qrata elan olunub. Buna cavab olaraq Estoniya XİN iyulun 15-də Rusiyanın Estoniyadakı səfirliyinin əməkdaşını persona non qrata elan edib.

"Bununla əlaqədar Estoniyanın Rusiyadakı səfiri Marqus Laydre Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona etiraz təqdim olunub və qarşılıqlılıq prinsip əsasında Estoniyanın Moskvadakı diplomatik nümayəndəliyinin bir işçisinin persona non qrata elan edildiyi, həmin şəxsin bir həftə ərzində Rusiya Federasiyasının ərazisini tərk etməli olduğu barədə səfir nota alıb", - deyə Rusiya XİN-in məlumatında qeyd edilib.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video