22 Sentyabr 2014 05:09
412
Elm və texnika
A- A+

Moskva Dövlət Universitetinin professoru AMEA-nın Mərkəzi Elmi Kitabxanasının qonağı olub

M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinin professoru Tatyana Boqatova AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) qonağı olub.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasından AzərTAc-a bildiriblər ki, professor T. Boqatova Moskvanın “Yanus-K” nəşriyyatında 2013-cü ildə çap olunmuş “Kimyaçı qadınlar: bioqrafik portret, elm və təhsilə töhfə, etiraf” (“Женщины – химики: биографический портрет, вклад в образование и науку, признание”) kitabını MEK-in direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərliyə təqdim edib.
Rusiyalı qonağa Mərkəzi Elmi Kitabxananın nəşri olan kitabları hədiyyə edən Aybəniz Əliyeva-Kəngərli, eyni zamanda, növbəti nəşrdə Azərbaycanın kimyaçı qadın alimləri haqqında məlumatların verilməsi arzusunu bildirib.
Görüşdən məmnun qaldığını qeyd edən professor Tatyana Boqatova növbəti nəşrlərdə Azərbaycanın kimyaçı qadınları haqqında məlumatlar verməyə çalışacaqlarını söyləyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video