19:39 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Moldova Prezidenti Natalya Qavrilitsanı baş nazirliyə təqdim edib

ANA SƏHİFƏ / DÜNYA
01:36 01.08.2021

 

Moldova Prezidenti Maya Sandu ölkənin sabiq maliyyə naziri Natalya Qavrilitsanı hökumət başçısı vəzifəsinə  təqdim etmişdir. Bu barədə TASS agentliyi xəbər verir.

İndi Natalya Qavrilitsanın namizədliyini parlament təsdiq etməlidir. Xatırladaq ki, iyulun 11-də Moldovada növbədənkənar parlament seçkiləri keçirilmişdir. Seçkilərdə Sandunun başçılıq etdiyi Hərəkət və Həmrəylik Partiyası qələbə qazanaraq parlamentdəki 101 yerdən 63-nə yiyələnmişdir.

Natalya Qavrilitsanın namizədliyi təsdiq olunacağı halda o, iki həftə ərzində öz kabinetinin tərkibini və proqramını parlamentin təsdiqinə təqdim etməlidir.

 

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM