27 Noyabr 2021 18:50
608
SİYASƏT
A- A+

Moldova KİV-ləri də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşünü geniş işıqlandırıb  

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 26-da Soçi şəhərində keçirilən üçtərəfli görüşü Moldova KİV-ləri tərəfindən də geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, “Noi.md”, “tribuna.md”, “dosrmedia.md” və digər informasiya agentliklərində, xəbər portallarında rumın və rus dillərində dərc olunan məqalələrdə üçtərəfli görüşdən sonra mətbuat üçün səslənən fikirlərə geniş yer ayrılıb.

Məqalələrdə keçmiş münaqişənin yaranma səbəbləri, regiondakı yeni geosiyasi vəziyyət, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması istiqamətində görülən tədbirlər barədə geniş məlumat verilir. Həmçinin dövlət və hökumət başçılarının çıxışlarından mühüm məqamlar oxuculara çatdırılır. Xüsusilə Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi fikirlər önə çəkilib.

Moldova mətbuatı, həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin görüşün nəticələrinə dair bəyanatını da yayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video