05:33 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
00:23 23.10.2021 BİLDİRİŞ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Mobil telefonu yataq otağında saxlamayın
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:15 03.09.2021

 

Mobil telefonlar həyatımızın ayrılmaz aksesuarına çevrilsə də, mütəxəssislər onunla ehtiyatlı davranmağa çağırırlar. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, mobil telefonlar insan orqanizmini müəyyən dozada şüalandırır və əksər vaxtlar bunun fəsadları özünü göstərir. Ümumiyyətlə, radiasiya ionlaşdırıcı və ionlaşmayan növlərə bölünür. Onlardan ən təhlükəlisi rentgen, ultrabənövşəyi və qamma şüalarıdır. Cihazı ələ götürən kimi orqanizm radiasiyaya məruz qalır, eyni zamanda gözlər və yaddaş tədricən zəifləyir.

Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva AZƏRTAC-a deyib: “Televizor və telefona çox baxanlarda uzağı zəif görmə əmələ gəlir. Mobil telefon və planşetlərin əks təsiri illər keçəndən sonra özünü göstərir. Boyun və baş ağrıları, bel və onurğa əyrilikləri əmələ gəlir”.

Yuxuya gedərkən əllərində telefon olanlar üçqat şüalanmaya məruz qalırlar. Həkim-terapevt onu da qeyd edib ki, mobil telefondan mümkün olduğu qədər uzaqda durmaq lazımdır: “Xüsusilə yuxuya gedərkən telefon yataq otağından uzaq saxlanılmalıdır, çünki radiasiya beyinə çox mənfi təsir edir, həmçinin onun təsiri özünü yuxu pozuntuları, yorğunluq və halsızlıq şəklində də büruzə verir”.

Son 20 ildə müxtəlif ölkələrdə tədqiqatçılar həmin problemlə əlaqədar 29 mindən çox elmi nəşr buraxıb, 1300 təcrübə, 300 epidemioloji tədqiqat aparıblar. Nəticədə məlum olub ki, smartfon ilk baxışda hiss olunmayan, lakin uzun müddətli narahatlıqlar yaradan digər mənfi təsirlərlə zərər verə bilər. Yatarkən ekrandan çıxan mavi işıq dalğaları bədəndəki melotonin istehsalını azaldır. Melotonin isə bioloji hormondur və bir növ axşam yuxusunun xəbərvericisidir. Ekrandakı işıq isə beyinə ötürdüyü siqnallar vasitəsilə yuxu hormonunun miqdarını azaldır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM