25 Fevral 2012 01:02
273
SİYASƏT
A- A+

Misirdə Xocalı faciəsini anma mərasimi və mətbuat konfransı keçirilmişdir

 

Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyinin Xocalı faciəsinin 20 illiyi ilə bağlı həyata keçirdiyi silsilə tədbirlər çərçivəsində fevralın 22-də Qahirədə  faciəni anma mərasimi və Misirin aparıcı kütləvi informasiya vasitələrinin, o cümlədən "Əl-Əhram", "Cümhuriyyə", "Əl-Şuruk", "Roza Əl-Yusif", "Əl-Məsəi" qəzetlərinin, "Nile News", "Qahirə" və "TRT Arabic" telekanallarının nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilmişdir.

Mərasimdə çıxış edən səfir Ş.Abdullayev Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradılması, 1918-ci ildə Bakıda ermənilər tərəfindən törədilmiş mart qırğınları, ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq, Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları və törətdiyi terror əməlləri haqqında ətraflı danışaraq, SSRİ-nin süqutundan sonra Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı müharibəyə başladığını və Xocalı şəhərinin bu açıq-aşkar təcavüzün ilk hədəflərindən biri olduğunu vurğulamışdır.

Xocalı əməliyyatının təşkil edilməsində o zaman Dağlıq Qarabağda yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının da iştirak etdiyini deyən natiq Xocalının insanlıq əleyhinə cinayət olduğunu bildirmiş, Ermənistan rəhbərliyində olan şəxslərin bu əməllərə görə məsuliyyət daşıdığını diqqətə çatdırmışdır.  

Ş.Abdullayev jurnalistlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Xocalı həqiqətlərinin ərəb-İslam dünyasının ictimaiyyəti arasında geniş yayılması, bu cinayətin törədilməsinə məsul olan şəxslərin beynəlxalq ədalət məhkəməsi qarşısına çıxarılması və Azərbaycanın iqtisadi inkişafı barədə çoxsaylı suallarını cavablandırmışdır.

Tədbir çərçivəsində Xocalı faciəsinə həsr olunmuş "Məhv edilmiş şəhər" sənədli filmi nümayiş etdirilmiş və səfirliyin bəyanatı yayılmışdır.

Xocalı faciəsi ilə əlaqədar həyata keçiriləcək silsilə tədbirlər çərçivəsində Misirin aparıcı qəzetlərində məqalələrin dərc edilməsi, Ayn-Şəms Universitetində bu faciə ilə əlaqədar konfransın keçirilməsi və Misirin peyk televiziya kanallarında sənədli filmlərin efirə verilməsi planlaşdırılmışdır.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video