Misirdə ərəb dilində nəşr olunan «Azərbaycan» jurnalının üçüncü nömrəsi çapdan ıxmışdır
Misirdə ərəb dilində nəşr olunan "Azərbaycan" jurnalının üçüncü nömrəsi işıq üzü görmüşdür. AzərTAc xəbər verir ki, jurnalın ilk səhifəsi Azərbaycan Prezidenti İlham Əliyevin Ramazan bayramı münasibətilə xalqa müraciətinin mətninin ərəb dilinə tərcüməsi ilə başlayır.
Jurnal, eyni zamanda, öz səhifələrində Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi, ermənilərin 13 yaşlı azərbaycanlı qız Aygün Şahmalıyevanın ölümünə səbəb olmuş yeni təxribatı barədə məqaləyə də yer vermişdir. Jurnalda Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında separatçı rejimin bu il sentyabrın 18-də qondarma "özünüidarə orqanlarına" keçirdiyi "seçkilər"lə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatının mətninin ərəbcə tərcüməsi də dərc edilmişdir.
Baş redaktoru məşhur misirli jurnalist Məhəmməd Salama olan "Azərbaycan" jurnalının bu nömrəsində Dünya Azərbaycanlılarının III qurultayı, ölkəmizin Misirdəki səfirliyinin həyata keçirdiyi "Mən Azərbaycan haqqında nə bilirəm" layihəsi və onun nəticələri, həmçinin dünya şöhrətli azərbaycanlı müğənni Sami Yusif barədə məqalələr də oxucuların ixtiyarına verilmişdir.
Jurnalın bu nömrəsində Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 93-cü ildönümü münasibətilə keçirilmiş hərbi paraddan bəhs edən, gözəl illüstrasiyalarla bəzədilmiş geniş məqalədə Prezident İlham Əliyevin ordu quruculuğu, ölkəmizin hərbi potensialının gücləndirilməsi sahəsində xidmətləri barədə məlumat verilir.
Nəşrdə Azərbaycanın siyasi və iqtisadi həyatına da yer ayrılmışdır. Fələstin Prezidenti Mahmud Abbasın ölkəmizə rəsmi səfəri, onun Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi və Bakıda Fələstin dövlətinin səfirliyinin açılmasında iştirakından bəhs edən məqalədə Azərbaycanın sülh danışıqlarında daim bu ölkəni dəstəklədiyi vurğulanmışdır.
Jurnalda həmçinin Prezident İlham Əliyevin "Abşeron" strukturunda iri qaz yataqlarının kəşf olunması ilə bağlı nitqinin mətni ərəb dilində oxuculara çatdırılır. Bu il iyunun 7-dən 10-dək paytaxtımızda keçirilmiş 18-ci Beynəlxalq Xəzər neft və qaz sərgisindən bəhs edən məqalədə Azərbaycanın iqtisadi sahədə son uğurları ilə bağlı məlumatlar öz əksini tapmışdır.
Nəşrdə Azərbaycanın mədəniyyət sahəsində nailiyyətləri də işıqlandırılmışdır. Ölkəmizin "Eurovision-2011" mahnı müsabiqəsində parlaq qələbəsi və növbəti yarışmanın Bakıda keçirilməsindən bəhs edən məqalədə Vətənimizin bu sahədə də uğurları qeyd edilir.
Əlcəzairli jurnalist xanım Fazilə Berd "Azərbaycanın kəşfi" sərlövhəli məqaləsində ölkəmizə səfərindən aldığı xoş təəssüratlarını, Azərbaycan ilə yaxından tanış olmaq imkanı əldə etdiyinə görə sevincini oxucularla bölüşür. Onun jurnalda yer alan məqaləsində Azərbaycanda xalçaçılıq, daşyonma, nəqqaşlıq sənətləri, muğam barədə geniş məlumat verilir.
Jurnalda, eyni zamanda, Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin "Şərqdə ilk demokratik parlament respublikası" başlıqlı məqaləsi də dərc edilmişdir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Erməniəsilli şəxs xarici işlər naziri oldu - Fələstində
29 Mart
Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı bloklanıb
29 Mart
"Qarabağ" - "Braqa" oyununun hakimləri bəlli olub
29 Mart
Lavrov: Münasibətləri pozan Paşinyandı
29 Mart
ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib
29 Mart
Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq
29 Mart
Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib
29 Mart
Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb
29 Mart
Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb
29 Mart
Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aks...
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!