13 Avqust 2021 18:01
1392
DÜNYA
A- A+

Misir ordusu Sinayda 13 silahlını məhv etdi

 

Misir Silahlı Qüvvələri Komandanlığı Sinay yarımadasında qadağan olunmuş təşkilatlardan birinin 13 silahlısını zərərsizləşdirmişdir. Bu barədə “Posbalt” agentliyi xəbər verir.

Baş Qərargahın nümayəndəsi polkovnik Qərib Abdulhafizin dediyinə görə, məhv olunmuş şəxslərin üzərində xeyli sayda silah və döyüş sursatı aşkar edilmişdir. Əməliyyat zamanı 9 hərbi qulluqçu həlak olmuş, yaxud yaralanmışdır.

Misir ordusu vaxtaşırı Sinayda “terrorçularla və onların əlaltıları” ilə mübarizə adı altında əməliyyatlar keçirir. Son dəfə “Sinay-2018” adlı genişmiqyaslı əməliyyat Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə keçirilmişdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video