09 Sentyabr 2021 14:17
590
CƏMİYYƏT
A- A+

Misir nəşri Ermənistanın ekoloji təxribatından yazıb  

Misirin nüfuzlu “Əl Masr Əl Yom” nəşrində Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Oxçuçayı çirkləndirməsi barədə məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Misirdəki səfirliyinin bəyanatına istinadla hazırlanmış məqalədə transsərhəd çayı olan Oxçuçayın Ermənistan ərazisində dağ-mədən kombinatlarının zəhərli tullantıları ilə çirklənməsi diqqətə çatdırılıb. Yazıda qeyd olunub ki, Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 70 faizi qonşu ölkələrdə formalaşıb və transsərhəd su axınları hesabınadır. Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalan çaydır. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən bu su mənbəyi sanki sənaye tullantılarının kollektoru rolunu oynayır. Çirkli sular təmizlənmədən birbaşa çaya axıdılır və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir.

Oxçuçay Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına tökülür və onun çirklənməsi buradakı su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir. Kür çayının ən böyük sağ qolu olan Araz çayı isə Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Bu çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyi səbəbindən onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi son dərəcə mənfi təsirlərə yol aça bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video