11 Avqust 2012 01:08
511
Elm və texnika
A- A+

Minskdə Belarus və Azərbaycan arasında elmi-texniki əməkdaşlığın inkişafına dair növbəti müqavilə imzalanmışdır

 

Belarus Milli Elmlər Akademiyasında (BMEA) bu qurumla Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında elmi-texniki əməkdaşlığın inkişafına dair növbəti müqavilə imzalanmışdır.

Müqaviləyə əsasən hər iki ölkənin milli elmlər akademiyaları innovasiya texnologiyaları, energetika, tibbi fiziologiya, aerokosmik və digər fundamental elmlər sahəsində birgə strateji layihələrin həyata keçirilməsinə start vermişlər.

AzərTAc xəbər verir ki, AMEA-nın prezidenti akademik Mahmud Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə BMEA-nın Rəyasət Heyətinin sədri Anatoli Rusetski bildirmişdir ki, rəsmi Mİnsk Azərbaycanla bir çox sahələrlə yanaşı, elmi-texniki əməkdaşlığın inkişafına da xüsusi önəm verir. Hər iki ölkənin milli elmlər akademiyaları və bu qurumlara daxil olan institutlar arasında elmi-texniki əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi  vurğulanmışdır. Qeyd olunmuşdur ki, son illər BMEA və AMEA-nın birgə həyata keçirdikləri 22 elmi layihə ölkələrimiz arasında iqtisadi-siyasi əlaqələrin fundamental inkişafına əsaslı zəmin yaratmışdır.

Görüşdə akademik M.Kərimov son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarusa, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfərlərindən sonra ölkələrimiz arasında bir çox sahələrlə yanaşı, elmi-texniki əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulamışdır. M.Kərimov bu gün hər iki ölkənin alim və ekspertlərindən ibarət işçi qrupunun elmi-texniki əməkdaşlığın inkişafına dair hazırladığı yeni saziş layihəsinin gələcəkdə səmərəli bəhrə verəcəyinə əminliyini bildirmişdir.

Sonra görüş yeni saziş layihəsini hazırlayan işçi qrupunun geniş iclası ilə davam etdirilmişdir.

İclasda Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, Azərbaycan-Belarus parlamentlərarası dostluq qrupunun rəhbəri, akademik Ziyad Səmədzadə  son illər Azərbaycanla Belarus arasında iqtisadi-siyasi əlaqələrin dinamik inkişafından söz açmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan və Belarus prezidentlərinin apardıqları məqsədyönlü siyasət nəticəsində son dövrlər ölkələrimiz arasında mal dövriyyəsi bir neçə dəfə artmışdır. Gəncə şəhərində inşa olunmuş müştərək traktor zavodu hazırda səmərəli fəaliyyət göstərir.

Tədbirdə AMEA-nın Aşqarlar Kimyası İnstitutunun direktoru akademik Vaqif Fərzəliyev, Belarusun Təhsil, Energetika, İqtisadiyyat və digər  nazirliklərinin müavinləri və rəsmi nümayəndələri çıxış edərək ölkələrimiz arasında innovasiya texnologiyaları, energetika, səhiyyə, geofizika, aerokosmik və digər fundamental elmlər sahəsində əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsi aparmışlar. Elmi əməkdaşlığın səmərəliliyi istiqamətində rəy və təkliflər bildirilmişdir.

Sonra AMEA və BMEA arasında elmi-texniki əməkdaşlığa dair memorandum imzalanmışdır.

Müqavilədə birgə elmi-praktiki konfransların keçirilməsi, fundamental elmi araşdırmalar sahəsində təcrübə mübadiləsinin aparılması məsələləri əksini tapmışdır.

Eyni zamanda, AMEA-nın Aşqarlar Kimyası İnstitutu və Polimer Materialları İnstitutu ilə BMEA-nın Yeni Materialların Kimyası İnstitutu arasında birgə elmi əməkdaşlığa dair müqavilə imzalanmışdır.

Sonra AMEA-nın nümayəndə heyəti BMEA-nın Tarix Muzeyi ilə tanış olmuşdur.

Səfər çərçivəsində azərbaycanlı alimlər BMEA-nın İnformatika, Kimya, Fizika və digər institutlarının fəaliyyəti və istehsalat müəssisələri ilə də yaxından tanış olmuş, gələcəkdə birgə əməkdaşlığın perspektivlərini müzakirə etmişlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video