19:02 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Mingəçevirdə Dövlət Rəmzləri Muzeyi açılıb
ANA SƏHİFƏ / SƏFƏRLƏR
14:11 25.06.2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Mingəçevirdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.

Bildirilib ki, tikintisi bu ilin aprelində başa çatdırılan Dövlət Rəmzləri Muzeyinin sərgi zalında 9 bölmə yaradılıb. Burada Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən hazırlanmış ayrı-ayrı dövrlərə uyğun Azərbaycan xəritələri, Orta Əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, Orta Əsr Azərbaycan dövlətlərinin və xanlıqlarının bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar sərgilənir.

Muzeyin eksponatları arasında Azərbaycan Orta Əsr əsgərlərinin döyüş geyimləri, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, Azərbaycan SSR-nin gerbləri və bayraqları, Silahlı Qüvvələrin mərasim geyim formaları və döyüş bayraqları, ümummilli lider Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin andiçmə mərasiminə aid fotoşəkillər, dövlət rəmzləri haqqında kəlamlar, poçt markaları, orden, medal, fəxri ad və döş nişanları nümayiş olunur.

Dövlət Rəmzləri Muzeyinin yerləşdiyi ərazidə 200 yerlik yay səhnəsi də tikilib.

Prezident İlham Əliyevə şəhərdəki "Dostluq” və "Nəsimi” parklarında aparılan yenidənqurma işləri barədə də məlumat verildi.

Bildirildi ki, hər iki parkda istər şəhər sakinlərinin, istərsə də Mingəçevirin qonaqlarının istirahətlərinin maraqlı təşkili üçün hərtərəfli şərait yaradılıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM