31 Dekabr 2011 01:12
355
CƏMİYYƏT
A- A+

Mingəçevir şəhərində bir sıra yaşayış məntəqələri təbii qazla təmin edilmişdir

 

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Mingəçevir şəhərində bir sıra yaşayış məntəqələrinə təbii qaz verilmişdir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AzərTAc-a bildirmişlər ki, bu münasibətlə keçirilmiş tədbirlərdə "Azəriqaz" İstehsalat Birliyinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Qeyd olunmuşdur ki, Mingəçevir şəhərinin "Tərəvəzçilik sovxozu" adlanan ərazisində, Mingəçevir kəndində, eləcə də Naxçıvan, Natəvan və Samux küçələrində yaşayan 300 abonentin mənzilinə ilk dəfə "mavi yanacaq" verilmişdir. Adıçəkilən ərazilərin qazlaşdırılması üçün 12 min 640 metr uzunluğunda polietilen, 31 min 857 metr uzunluğunda müxtəlif diametrli polad borularla qaz xətləri çəkilmiş, 300 sayğac və 210 fərdi tənzimləyici quraşdırılmışdır.

Tədbirlərdə ziyalılar və şəhid ailələri çıxış edərək yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video