25 Aprel 2021 02:20
1243
Elm və texnika
A- A+

Min il gizli saxlanan sirr

 

İpəyin hazırlanması üçün istifadə edilən ipəkqurdunun ana vətəni Çindir. Rəvayətə görə, eramızdan əvvəl 2600-cü illərdə Çin imperatoru Hoanq-Ti sarayın bağçasında bir qurdun tut yarpağı yediyini və barama hördüyünü müşahidə edir.

Bu, imperatorun diqqətini çəkir və həmin qurdun həyat tərzinin daha yaxından araşdırılmasını həyat yoldaşı Şe Linq Şeyə tapşırır. Uzunmüddətli araşdırmalardan sonra baramadan ipəyin alınacağı öz təsdiqini tapır.

Eramızdan əvvəl 2600-cü illərdə ipəkqurdu bəsləyən, ipək parçaları istehsal etməyin yollarını tapan çinlilər bu dəyərli parçaları dünyaya satmağa başlayıblar.

Çin bu kəşfinin sirrini min il gizli saxlayıb. Hətta baramanın sirrini satmağa cəhd edənlər edam da edilib. Amma əsrlər keçdikcə ərəblər və xaç yürüşlərindən geri dönən xristianlar baramanı tədricən Qərbi Avropaya gətiriblər.

İpək yolunun açılması da Çin imperasiyasının hökmdarı U-di-Nin adı ilə bağlıdır. Bu yolla Çindən əsasən ipək daşındığı üçün yol İpək yolu adlandırılıb.

Şərqdəki çox mühüm elmi və texnoloji innovasiyalar Qərbə məhz Çindən başlayan İpək yolu vasitəsilə aparılıb.

Barıt, maqnit kompası, çap dəzgahı, musiqi alətləri, ipək, keramik və boyalı məmulatlar kimi yeniliklərin Qərbə ötürülməsi bu yol vasitəsilə tədricən baş verib.

Eramızdan əvvəl dördüncü əsrdə Makedoniyalı İsgəndər Mərkəzi Asiya istiqamətində Hind çayını keçəndə artıq Çin ipəyinin Aralıq dənizinə çıxışı var idi. Bu qeydlərə əsasən İpək yolunun tarixinin bizim eradan əvvələ təsadüf etdiyi məlum olur.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video