19:01 24 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:09 24.10.2021 256 il yaşayan insan
00:07 24.10.2021 Aman qocalıq
00:06 24.10.2021

Ən tez bu orqan qocalır


00:04 24.10.2021 Cavanlığın sirri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib
ANA SƏHİFƏ / PARLAMENT
20:17 26.01.2021

 

Yanvarın 26-da Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin cari ilin yaz sessiyasında videokonfrans formatında ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitə sədri Sadiq Qurbanov iclası açaraq sessiyanın başlaması münasibətilə deputatları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Diqqətə çatdırılıb ki, iclasın gündəliyinə 2020-ci ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabat və komitənin 2021-ci ilin yaz sessiyası üçün iş planı ilə bağlı məsələlər daxil edilib.

Sadiq Qurbanov məlumat verib ki, 2020-ci ilin payız sessiyası dövründə komitənin 3 iclası keçirilib, 5 məsələyə baxılıb. Belə ki, komitədə “Ətraf mühitin mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihələri müzakirə olunub. Komitə üzvləri, həmçinin Milli Məclisin plenar iclaslarında baxılan məsələlərin, o cümlədən 2021-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirələrində fəal iştirak edib, bir sıra təkliflər veriblər.

Bildirilib ki, ötən sessiya ərzində komitənin sədri və üzvləri təbii ehtiyatlar, energetika, ətraf mühit məsələlərinə həsr olunmuş onlayn formatda keçirilən konfranslarda, seminarlarda iştirak edib, müzakirə olunan mövzularla bağlı öz münasibətlərini bildiriblər. Deputatlar təmsil olunduqları parlamentlərarası əlaqələr üzrə işçi qrupları çərçivəsində keçirilən onlayn tədbirlərdə iştirak edib, Azərbaycanda səfərdə olan bır sıra ölkələrin parlament dostluq qruplarının nümayəndələri ilə görüşlər keçiriblər.

Qeyd olunub ki, hesabat dövründə komitəyə vətəndaşlardan və bir sıra təşkilatlardan müxtəlif məzmunlu 30 məktub, ərizə və sənəd daxil olub. Məktublarda göstərilən problemlərin həlli ilə əlaqədar aidiyyəti qurumlara müraciət olunub. Komitə üzvləri tərəfindən seçicilər, şəhid ailələri və qazilərlə də bir sıra görüşlər keçirilib, onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülüb.

Məlumat verilib ki, komitənin 2021-ci ilin yaz sessiyasının iş planına ölkə Prezidentinin, Milli Məclisin deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri qanun layihələri, həmçinin bır sıra qanunlarda dəyişikliklərin edilməsi ilə bağlı sənədlər daxil edilib.

Yaz sessiyası ərzində komitədə müvafiq dövlət qurumlarından, QHT-lərdən və vətəndaşlardan daxil olan təkliflərin təhlili, komitə üzvlərinin təbii ehtiyatlar, energetika və ətraf mühit mövzusunda keçiriləcək toplantılarda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçiriləcək quruculuq işləri ilə bağlı maarifləndirici tədbirlərdə iştirakı nəzərdə tutulub.

Komitə üzvləri Nəsib Məhəməliyev, Asim Mollazadə, Fatma Yıldırım, İltizam Yusifov, Məşhur Məmmədov, Mixail Zabelin, Naqif Həmzəyev, Əliabbas Salahzadə, Anar Məmmədov çıxış edərək hesabat və iş planı barədə öz fikirlərini açıqlayıblar, bir sıra təkliflər səsləndiriblər.

Deputatlar komitənin ötən sessiyada səmərəli fəaliyyət göstərdiyini bildiriblər, ölkədə su ehtiyatlarının idarə olunması, qaz təchizatı, meşələrin qorunması, yeni yaşıllıq sahələrinin yaradılması, alternativ enerji mənbələrindən istifadə edilməsi və digər məsələlərə toxunublar. 2020-ci ilin Zəfər ili kimi yaddaşlarda qaldığını deyən deputatlar 2021-ci ildə Qarabağda yenidənqurma və bərpa işlərinin, o cümlədən təbiətə dəyən zərərin aradan qaldırılması sahəsində həyata keçiriləcək tədbirlərin əhəmiyyəti barədə söhbət açıblar.

Onlayn iclasda 2020-ci ilin payız sessiyanda komitədə görülən işlər barədə hesabat məqbul sayılıb, 2021-ci ilin yaz sessiyasının iş planı təsdiq edilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM