21 Yanvar 2021 18:51
918
PARLAMENT
A- A+

Milli Məclisin səhiyyə komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

 

Yanvarın 21-də Milli Məclisin səhiyyə komitəsinin yaz sessiyasında videokonfrans formatında ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqədar şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, komitə sədri Əhliman Əmiraslanov iclası açaraq diqqətə çatdırıb ki, iclasın gündəliyinə 2020-ci ilin payız sessiyası dövründə səhiyyə komitəsində görülən işlər barədə hesabat və komitənin 2021-ci ilin yaz sessiyası üçün iş planı ilə bağlı məsələlər daxil edilib.

2020-ci ilin payız sessiyası barədə hesabatı təqdim edən komitə sədri bildirib ki, bu müddətdə komitənin 10 iclası keçirilib, 14 məsələyə baxılıb. Belə ki, ötən sessiya ərzində “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi, “Tibbi sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və digər qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə edilib. “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirələrində səhiyyə komitəsi tərəfindən bir sıra məsələlərə toxunulub. Səhiyyə sahəsinə ayrılan vəsait kifayət qədər artırılıb.

İclasda qeyd edilib ki, bu il icbari tibbi sığortanın bütün ölkə ərazisində həyata keçirilməsi gələcəkdə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq. Komitə sədri vurğulayıb ki, pandemiyanın dünyada tüğyan etdiyi vaxtda, Vətən müharibəsi şəraitində büdcədə səhiyyə üçün nəzərdə tutulan vəsaitin artırılması ölkə Prezidentinin bu sahəyə olan böyük diqqət və qayğısının nəticəsidir.

Məlumat verilib ki, hesabat dövründə komitəyə 238 ərizə və şikayət daxil olub. Daxil olan müraciətlərlə bağlı 211 məktub baxılması və lazımi tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara göndərilib. Vətəndaşlardan gələn müraciətlərdə müalicə və əməliyyatlarla bağlı yaranan maddi çətinliklər, ev və işlə təminat, əfv məsələləri qeyd olunub.

Onlayn iclasda çıxış edən deputatlar Soltan Məmmədov, Kamaləddin Qafarov, Müşfiq Məmmədli, İlham Məmmədov təqdim olunan hesabata münasibət bildirib, səhiyyə sistemindəki hazırkı durum barədə fikirlərini açıqlayıblar. Çıxışlarda icbari tibbi sığortanın həyata keçirilməsi, koronavirusla mübarizə, səhiyyə sahəsində professional birliklərin yaradılması, uşaqların sağlamlığının qorunması və digər önəmli məsələlər qeyd olunub. Deputatlar payız sessiyasının gərgin bir vaxta təsadüf etdiyini, eyni zamanda, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şanlı Zəfərinin şahidi olduğumuzu vurğulayıblar, bu münasibətlə Azərbaycan xalqına təbriklərini çatdıraraq, şəhidlərimizi yad ediblər, qazilərimizin tezliklə sağalmalarını diləyiblər.

İclasda komitənin 2020-ci ilin payız sessiyasında fəaliyyəti məqbul hesab edilib.

Sonra Əhliman Əmiraslanov komitənin 2021-ci il yaz sessiyası üçün iş planını diqqətə çatdırıb. Bildirilib ki, sessiya ərzində Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələrinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi layihələrin müzakirəsi, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin hazırlanması nəzərdə tutulub.

Yaz sessiyasında koronavirus (COVID-19) infeksiyası ilə bağlı ölkədəki vəziyyət və görülən tədbirlər barədə, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar normativ-hüquqi aktlara dəyişikliklərin edilməsi, optika və optikaçılıq, ürək-damar sistemi xəstəlikləri ilə bağlı dinləmələrin keçirilməsi planlaşdırılıb.

Onlayn tədbirdə komitənin sədr müavini Rəşad Mahmudov, üzvləri Kamaləddin Qafarov, Məlahət İbrahimqızı, Soltan Məmmədov, Sədaqət Vəliyeva yaz sessiyasının iş planı barədə öz fikirlərini bildirib, bəzi təkliflər səsləndiriblər.

Deputatlar komitənin 2021-ci il yaz sessiyasının iş planını təsdiqləyiblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video