26 Noyabr 2021 10:03
715
PARLAMENT
A- A+

Milli Məclisin sədri Sankt-Peterburqda Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru ilə görüşüb

 

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Klüqe ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclisin sədri Azərbaycanın ÜST ilə uğurlu əməkdaşlığından danışaraq, diqqətə çatdırıb ki, 1994-cü ildən ölkəmizdə fəaliyyət göstərən ÜST ilə əlaqələr müxtəlif istiqamətlərdə davam edir.

Spiker görüşdə Azərbaycanda "COVID-19"a qarşı mübarizə tədbirləri haqqında məlumat verib. O, həmçinin xatırladıb ki, Azərbaycan COVID-19-a qarşı vaksinlərə bərabər və ədalətli çıxış əldə etmək üçün səy göstərən ölkələrdən biridir. ÜST tərəfindən Azərbaycanın qlobal miqyasda COVID-19 pandemiyasına qarşı mübarizəyə verdiyi yüksək qiymət ölkəmizin təşəbbüslərinin bütün dünya üçün əhəmiyyətini bir daha təsdiqləyir.

Sahibə Qafarova qeyd edib ki, ölkəmiz qısa müddət ərzində 30-dan çox ölkəyə və beynəlxalq təşkilata maliyyə və humanitar yardım göstərib, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü yardım edib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin aprelində keçirilən Türk Şurasının Sammiti, həmin ilin mayında Qoşulmama Hərəkatının Zirvə görüşü və BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası təsdiqləyir ki, Azərbaycan qlobal problemlərin həlli üçün məsuliyyət daşımağa hazır olan güclü dövlətdir. Bu təşəbbüslər ölkəmizin beynəlxalq həmrəyliyə və əməkdaşlığa sadiqliyini bir daha nümayiş etdirir.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru Hans Klüqe Azərbaycan parlamentinin başçısı ilə görüşməkdən məmnunluğunu bildirib. Büro direktoru Azərbaycanın pandemiya ilə mübarizəyə verdiyi töhfələri və pandemiyanın aradan qaldırılması üçün göstərdiyi səyləri yüksək qiymətləndirib. Hans Klüqe bu prosesin indi də uğurla davam etdirilməsindən razılığını bildirib. O, pandemiya dövründə Azərbaycan hökumətinin həyata keçirdiyi uğurlu tədbirlərin vəziyyətin Azərbaycan Prezidentinin tam nəzarəti altında olduğunu göstərdiyini xüsusi vurğulayıb. O, Azərbaycanın COVID-19-la qlobal mübarizəyə verdiyi dəstəyə görə, ölkəmizə təşəkkür edib. Qeyd edib ki, Azərbaycan bu qlobal pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə ilk addımlar atan ölkələrdən biridir.

Sonra görüşdə digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video