09:38 24 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:24 24.09.2021

Güc simvolu


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin Ədalət və İnkişaf Partiyasının nümayəndə heyəti ilə görüşüb
ANA SƏHİFƏ / PARLAMENT
23:33 26.07.2021

 

İyulun 26-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, parlamentin sədri qonaqları səmimi salamlayaraq, Azərbaycanla Türkiyənin dost və qardaş ölkələr olduğunu vurğulayıb. Sahibə Qafarova deyib ki, xalqlarımız öz tarixlərinin ən çətin dönəmlərində bir-birilərinə həmişə dəstək nümayiş etdiriblər. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanır.

Görüşdə Sahibə Qafarova söyləyib ki, tarixi dostluq, strateji tərəfdaşlıq əsasında qurulan əlaqələrimiz bu gün yüksələn xətlə inkişaf etməkdədir. Dövlət başçıları arasında mövcud olan yüksək səviyyəli münasibətlər, mütəmadi təmaslar əlaqələrimizin daha da genişlənməsinə və inkişafına xidmət edir. Azərbaycan Prezidentinin müxtəlif beynəlxalq tədbirlərdə qardaş ölkəyə həmişə birmənalı dəstək verməsi, Vətən müharibəsi dönəmində Türkiyə dövlətinin və onun Prezidentinin ölkəmizə göstərdiyi mənəvi və siyasi dəstək bunun bariz sübutudur.

Spiker daha sonra hər iki ölkənin hakim partiyaları – YAP və AKP arasında münasibətlərə toxunaraq deyib ki, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əlaqələr ölkələrimiz arasında münasibətlərin inkişafına da əsaslı töhfələr verir.

Sahibə Qafarova Azərbaycanın və Türkiyənin qanunvericilik orqanları arasında da əlaqələrin daim inkişaf etdiyini vurğulayaraq, Milli Məclisin fəaliyyəti, ölkəmizdə yeni siyasi konfiqurasiyada parlamentdə həyata keçirilən islahatlar barədə qonaqlara ətraflı məlumat verib.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Kurtulmuş ölkəmizə səfərlərindən və burada keçirilən görüşlərdən məmnun qaldıqlarını söyləyib. Qonaq 44 günlük Vətən müharibəsi dönəmində Azərbaycanın qazandığı tarixi Zəfər münasibətilə təbriklərini çatdırıb. Bildirilib ki, 30 il ərzində erməni işğalına göz yuman beynəlxalq qurumlar problemin həlli istiqamətində konkret addımlar atmayıb. Azərbaycan öz gücü ilə torpaqlarını Ermənistanın işğalından azad edib. Bu Zəfər təkcə azərbaycanlıları deyil, onların türkiyəli dostlarını da qəlbən sevindirib.

Qonaq təmsil etdiyi partiyanın YAP-la əlaqələrindən söz açaraq tərəflərin birgə həyata keçirdikləri layihələrdən danışıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da danışılıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM