17:26 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisin sədri Sahibə Qafarova Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri ilə görüşüb
ANA SƏHİFƏ / PARLAMENT
18:41 10.03.2021

 

Martın 10-da Milli Məclisin sədri Sahibə Qafarova Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, sədr qonağı səmimi salamlayaraq, Azərbaycan müstəqillik əldə etdikdən sonra iki ölkə arasında yaranan diplomatik münasibətlərin əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə yüksəltdiyini bildirib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ilin iyulunda bu ölkəyə rəsmi səfərindən sonra əlaqələrimiz daha da inkişaf edib. Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına səfərləri çərçivəsində keçirilən görüşlər və ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirib.

Sədr deyib ki, xalqlarımızın mənafeyinə cavab verən bu münasibətlər parlamentlər səviyyəsində də davam etdirilir. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının mövcudluğu, deputatlarımızın müxtəlif səviyyəli tədbirlərdə görüşləri qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından önəmlidir. Sədr hər iki ölkə deputatlarının bir sıra beynəlxalq parlament qurumlarında səmərəli əməkdaşlığını qeyd edib.

Sahibə Qafarova Azərbaycanın apardığı Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etdiyini xatırladaraq, Səudiyyə Ərəbistanının müxtəlif beynəlxalq təşkilatlarda davamlı olaraq ölkəmizi dəstəklədiyini, işğalçılıq siyasəti yürüdən Ermənistanla indiyədək diplomatik münasibətlər qurmadığını deyib.

Milli Məclisin sədri Xocalı faciəsi ilə əlaqədar 2015-ci ildə Səudiyyə Ərəbistanı parlamentində keçirilmiş tədbiri yüksək qiymətləndirərək ölkəmizə göstərilən bu diqqəti dost münasibəti kimi dəyərləndirib.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr Azərbaycanda fəaliyyət göstərdiyi dövrdə iki ölkə arasında yüksək səviyyəli bir sıra görüşlərin iştirakçısı olduğunu söyləyib. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin əlaqələrimizin inkişafına verdiyi əhəmiyyəti yüksək qiymətləndirib. Qeyd edilib ki, ölkələrimiz arasında həyatın müxtəlif sahələrinə aid imzalanmış sənədlər əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edir.

Parlamentlər səviyyəsində əlaqələrin inkişafında dostluq qruplarının rolunu vurğulayan səfir deputatların mütəmadi görüşlərinin əhəmiyyətli olduğunu söyləyib.

Diplomat 44 günlük Vətən müharibəsi dövründə ölkəsinin burada cərəyan edən hadisələri daim diqqətdə saxladığını, Azərbaycanın müvafiq qurumları ilə təmasda olduqlarını deyib. Erməni işğalından azad olunmuş ərazilərə səfər etdiyini, dağıdılmış binaları öz gözləri ilə gördüyünü, sökülmüş məsciddə namaz qıldığını söyləyib. Bildirilib ki, Səudiyyə Ərəbistanında Azərbaycan həqiqətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədi ilə bir sıra tədbirlər təşkil olunur, bu haqda məlumatlar kütləvi informasiya vasitələrində geniş yayılır.

Söhbət zamanı parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM