26 Noyabr 2021 16:45
415
PARLAMENT
A- A+

Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın 53-cü plenar iclasında çıxış edib

 

Noyabrın 26-da MDB Parlamentlərarası Assambleyasının 53-cü plenar iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova Assambleyanın plenar iclasında çıxış edib.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycan parlamentinin sədri bildirib ki, bu gün geniş beynəlxalq miqyasda öz quruculuq imkanlarını reallaşdırmağa qadir olan parlament diplomatiyasının əhəmiyyəti artmaqda davam edir. O qeyd edib ki, MDB PA-nın himayəsi altında həyata keçirilən yeni ideyalar və layihələr, mühüm beynəlxalq tədbirlər sayəsində Assambleyaya maraq artır.

Azərbaycan parlamentinin spikeri Üçüncü Avrasiya Qadın Forumunun əhəmiyyətini vurğulayıb, həmçinin cari ilin mayında keçirilmiş 9-cu Neva beynəlxalq ekoloji konqres müstəvisində parlamentarilərin qlobal ekoloji dialoqu davam etdirmələrinin önəmli olduğunu söyləyib. O məmnunluqla bildirib ki, parlamentarilər bu gün çox zəruri olan ətraf mühitin təhlükəsizliyinin təmin olunması sahəsində qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş növbəti addımları müzakirə ediblər.

Sahibə Qafarova öz nitqində ölkəmizin növbəti ildə MDB-yə üzv dövlətlərin Parlamentlərarası Gənclər Assambleyasına sədrliyi böyük məmnuniyyətlə qəbul etdiyini söyləyib. O əminliklə bildirib ki, gənc parlamentarilər Assambleyaya üzv dövlətlər arasında əməkdaşlığın inkişafı prosesinə öz töhfələrini verməkdə davam edəcəklər.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Ermənistanla 44 günlük müharibədə Qələbə əldə edərək Azərbaycan azad olunan ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa işlərinə başlayıb. Sahibə Qafarova məcburi köçkünlərin, erməni işğalından əziyyət çəkən bir milyondan çox insanın tezliklə öz yurdlarına qaytarılacağını söyləyib. Sədr bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat əsasında münaqişəyə son qoyulub.

Parlamentin sədri qeyd edib ki, Azərbaycan hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyasına dair Ermənistana bir sıra təkliflər verib. Bu, beynəlxalq hüququn normalarına cavab verir. Sahibə Qafarova deyib ki, biz regionda sabitlik və firavanlıq istəyirik, müharibə haqqında yox, sülh və gələcək barədə danışmaq istəyirik.

Çıxışının sonunda Azərbaycan parlamentinin sədri iclas iştirakçılarının bundan sonra da qarşılıqlı hörmət və dəstəyə söykənən prinsiplər əsasında Assambleya çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinə hazır olduqlarına əminliyini ifadə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video