02 Iyun 2021 10:39
1070
PARLAMENT
A- A+

Milli Məclisin Sədri Sahibə Qafarova İƏT PA çərçivəsində Özbəkistan parlamentinin Spikeri ilə görüşüb

 

İyunun 1-də Milli Məclisin Sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA-nın) İslamabadda keçirilən tədbirində iştirak edən Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının Sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Spiker Azərbaycan və Özbəkistanın dost və yaxın ölkələr olduğuna diqqət çəkərək, xalqlarımız arasındakı oxşar dini və mənəvi dəyərlərin əlaqələrimizin daha da dərinləşməsinə yaxşı imkan yaratdığını söyləyib. Bildirib ki, müstəqillik əldə etdikdən sonra münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə qalxmasında dövlət başçılarının qarşılıqlı səfərləri və aparılan danışıqlar əhəmiyyətli rol oynayıb. Yüksək səviyyəli siyasi dialoq digər sahələrdə də münasibətlərimizin inkişafına müsbət təsirini göstərib.

Görüşdə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın əldə etdiyi möhtəşəm Zəfər barədə danışan Milli Məclisin Sədri ölkəmizin BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücü ilə reallaşdırdığını bildirib. O, qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edib. İndi isə bu ərazilərdə bərpa və quruculuq dövrü başlayıb. Reallıqlarla barışmaq istəməyən Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir, sərhədlərin delimitasiyası məsələsində təxribatlara əl atır. Bütün bunlara baxmayaraq, Azərbaycan öz qarşısına qoyduğu məqsədlərə doğru inamla addımlayır.

Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının Sədri Nurdinjon İsmoilov Milli Məclisin Spikeri ilə görüşdən məmnunluğunu ifadə edib. Qeyd edib ki, Özbəkistanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin əlaqələrimizin inkişafındakı xidmətlərini yüksək qiymətləndirir və xatirəsini əziz tuturlar.

Söhbətdə bildirilib ki, Özbəkistan ictimaiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan yaxşı xəbərdardır və Qafqazın bu bölgəsində baş verən prosesləri yaxından izləyir.

Nurdinjon İsmoilov siyasi, iqtisadi, humanitar sahələrdə münasibətlərimizin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. O, hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. Bildirilib ki, deputatların qarşılıqlı səfərləri tərəfləri düşündürən məsələlərin müzakirəsi baxımından çox önəmlidir.

Söhbətdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri və digər məsələlər barədə danışılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video