28 Noyabr 2013 01:11
376
PARLAMENT
A- A+

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olacaq

 

Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının şura və 39-cu plenar iclasında iştirak etmək üçün noyabrın 28-29-da Sankt-Peterburqda səfərdə olacaqdır. Bu barədə noyabrın 27-də təşkil olunan brifinqdə Milli Məclisin Mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

Onun sözlərinə görə, Parlamentlərarası Assambleyanın şura iclasında MDB iştirakçısı olan ölkələrdə seçkilərin müşahidəsinin təşkili,  Parlamentlərarası Assambleyanın nəzdində sağlamlığın qorunması üzrə ekspert şurasının fəaliyyəti, sərhəd xətləri olmayan Avropanın qurulmasında parlamentlərin rolu və bir sıra təşkilati məsələlər müzakirəyə çıxarılacaqdır.

Plenar iclasda isə "Arxeoloji irsin qorunması haqqında", "Elektron sənəd haqqında", "Antikorrupsiya  monitorinqi haqqında", "Kommersiya sirri haqqında", "Ekoloji audit haqqında", Təhsil və Vergi Məcəllələri haqqında, "Elmi parklar haqqında" və digər model qanun layihələri müzakirə olunacaq, bu layihələrə dair şərh və tövsiyələr dinləniləcəkdir.

A.Təvəkküloğlu qeyd edib ki, səfər çərçivəsində Milli Məclisin Sədri "Müasir dünyada nüvə təhlükəsizliyi: Nüvə silahlarının tərksilah olunması prosesində və onun yayılmasının qarşısının alınmasında parlamentarilərin rolu" mövzusuna həsr olunmuş beynəlxalq konfransda çıxış edəcəkdir: "Səfər zamanı Oqtay Əsədovun tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri  də nəzərdə tutulub. Bu görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlər səviyyəsində əməkdaşlığın genişləndirilməsi və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılacaq".

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatlarından Mirkazım Kazımov, Hacı Salayev, Sevinc Fətəliyeva, Sədaqət Vəliyeva, Aslan Cəfərov, parlament aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

 

Elgün MƏNSİMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video