01:34 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


00:15 18.09.2021

Dünya sual qarşısında


00:13 18.09.2021

BİLDİRİŞ


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisin sədri: Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələr zamanın sınağından çıxıb
ANA SƏHİFƏ / PARLAMENT
17:18 27.07.2021

 

Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələr qarşılıq etimada əsaslanır və zamanın sınağından çıxıb. Ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi zamanın tələbidir. Bakıda üç ölkənin parlament rəhbərlərinin görüşünün keçirilməsi tarixi hadisədir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Türkiyə və Pakistanın parlament sədrləri ilə iyulun 27-də keçirilən birgə iclasda deyib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, 2020-ci il Azərbaycanın tarixinə şanlı səhifə kimi yazılıb. Ölkəmiz ərazi bütövlüyün bərpa edib. Azərbaycanın Zəfərindən sonra 2020-ci il 10 noyabr tarixli Birgə Bəyanat imzalanıb. Qardaş Türkiyə və Pakistanın Azərbaycana siyasi və mənəvi dəstəyi ölkələrimiz arasında müttəfiqlik əlaqələrinin yüksək səviyyədə olduğunu göstərir. Buna görə qardaş xalqlarımıza minnətdarıq. Azərbaycan da ayrı-ayrı platformalarda qardaş ölkələri dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.

“Baş verənlər bizi daha sıx əməkdaşlığa sövq edir. Parlamentlərimiz arasında sıx əməkdaşlıq xalqlarımızın dostluq əlaqələrinin daha da möhkəmlənməsinə imkan verəcək”, - deyə Sahibə Qafarova vurğulayıb.

Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan Zəfəri ilə regionda yeni reallıq yaradıb. Bu gün Zəngəzur dəhlizinin açılması üzərində iş aparılır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM