09:35 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisin plenar iclasında beş məsələyə baxılıb
ANA SƏHİFƏ / PARLAMENT
11:54 22.12.2020

Dekabrın 22-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda əvvəlcə 5 məsələdən ibarət gündəlik təsdiqlənib.

Sonra deputatlar Razi Nurullayev, Zahid Oruc, Fazil Mustafa, Əziz Ələkbərov, Siyavuş Novruzov, Sahib Alıyev, Əli Məsimli günün aktual məsələlərinə münasibət bildiriblər. 44 günlük Vətən müharibəsi günlərində olduğu kimi, bundan sonra da milli birliyin qorunmasının vacibliyi vurğulanıb, Qələbədən sonra aparılacaq bərpa-quruculuq işlərinə dair təkliflər səslənib, hərbi vəziyyət zamanı gedən informasiya müharibəsində ölkə KİV-lərinin fəal iştirakı müsbət qiymətləndirilib. Həmçinin sovet dövründə indiki Ermənistan ərazisindəki dədə-baba yurdlarından deportasiya olunan soydaşlarımızın aqibətindən söz açılıb və onların hüquqlarının tələb olunmasının vacibliyinə toxunulub, koronavirusla bağlı dinləmələrin təşkilinə və digər məsələlərə diqqət yönəldilib.

Gündəlikdəki məsələlərin müzakirəsi zamanı "Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. O bildirib ki, qanun layihəsində ediləcək dəyişiklik kommersiya təşkilatlarında, xüsusilə də kiçik və orta sahibkarlıq subyektlərində mühasibat uçotu aparılmasının təkmilləşdirilməsini nəzərdə tutur. Məlumat dinlənildikdən sonra deputatlar qanun layihəsini üçüncü oxunuşda təsdiqləyiblər.

Gündəlikdəki növbəti iki məsələ bir-biri ilə əlaqədar olduğu üçün həmin qanun layihələrini birlikdə təqdim edən komitə sədri Tahir Mirkişili əvvəlcə "Şərti maliyyə vahidi haqqında” Azərbaycan Respublikası qanununun ləğv edilməsi zərurətindən danışıb. Qeyd edib ki, 2001-ci il yanvarın 1-dək Azərbaycanda dövlət rüsumlarının, birdəfəlik rüsumların, cərimələrin, maliyyə sanksiyalarının, digər ödənişlərin hesablanmasında aylıq əməkhaqqının minimum məbləğindən istifadə olunub. 2000-ci ilin 26 dekabrında "Şərti maliyyə vahidi haqqında” Qanun qəbul edilib.

Deputatların nəzərinə çatdırılıb ki, 2008-ci ildən etibarən ölkəmizdə maliyyə sabitliyi olduğundan şərti maliyyə vahidi məbləği mütləq rəqəmlərlə əvəz edilib və Azərbaycan Respublikasının müvafiq məcəllələrində, qanunlarında, digər qanunvericilik aktlarında mütəmadi olaraq dəyişikliklər edilərək şərti maliyyə vahidi anlayışının istifadəsinin dayandırılması istiqamətində tədbirlər görülüb. Hazırda "Şərti maliyyə vahidi haqqında” Qanuna ehtiyac qalmadığı üçün bu qanun ləğv edilir.

Həmçinin şərti maliyyə vahidi anlayışına istinad edilən beş qanundan – "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, "Korrupsiyaya qarşı mübarizə haqqında”, "Banklar haqqında”, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlardan və Mülki Məcəllədən həmin ifadələr çıxarılır.

Parlamentdə qanun layihələrinin şərhi dinlənildikdən sonra məsələlər ayrı-ayrılıqda səsə qoyulub və Milli Məclis tərəfindən qəbul edilib.

Plenar iclasda "Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə” dəyişiklik edilməsi barədə” qanun layihəsini (ikinci oxunuş) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə təqdim edib. Bildirib ki, birinci oxunuş zamanı ortaya çıxan suallar cavablandırılıb, deputatlar tərəfindən bu layihə ilə bağlı əlavə təklif irəli sürülməyib.

Məlumat dinlənildikdən sonra qanun layihəsi ikinci oxunuşun prosedur qaydalarına uyğun olaraq səsə qoyulub və müsbət dəyərləndirilib.

İclasın yekununda "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) məsələyə baxılıb.

Qanun layihəsini Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib. Bildirilib ki, müharibə şəraiti dövründə, dağıntıların aradan qaldırılmasında, o cümlədən Gəncə şəhərində, Tərtər, Bərdə və digər yerlərdə dağıntıların aradan qaldırılmasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları fədakarlıq nümayiş etdiriblər. FHN-nin yaradılmasının 15 illiyinə həsr olunan bu medalda milli atributlar da nəzərə alınıb. Bu medalın təsis olunması Azərbaycanın orden və medallarına yeni töhfə olacaq.

Müzakirələrdə deputat Razi Nurullayev də yeni yubiley medalının təsis edilməsini təqdirəlayiq hal kimi dəyərləndirib.

Sonra deputatlar qanun layihəsini birinci oxunuşda dəstəkləyiblər.

Plenar iclasa yekun vuran Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, dekabrın 21-də 2021-ci ilin dövlət büdcəsinə dair qanun layihələri, büdcə zərfi parlamentə daxil olub və deputatlara paylanılıb. Bu qanun layihələri komitələrdə müzakirə ediləcək.

Bununla da Milli Məclisin iclası başa çatıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM